Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-935/2024 21.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 2094603№-li materiala və əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 2094603№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs tərəfindən ünvan 2ndə yerləşən “Aftoyuma” sexində formalaşan tullantı suları kənara axıdılmışdır. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 262.2.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta əməlləri törətməsinə dair xx.xx.2024-cü il tarixli MN 2094603№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 2094603№-li inzibati xəta haqqında Protokolla və inzibati xəta haqqında iş üzrə toplanmış materialla müəyyən edilmişdir ki, Sabirabad şəhəri, Muğan prospekti-7a ünvanında yaşayan Şəxs tərəfindən ünvan 2ndə yerləşən “Aftoyuma” sexində formalaşan tullantı suları kənara axıdılmış və bununla da, N.S.X3 Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xətaya yol vermişdir. İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-nın 262.2.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi vardır və onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində aşağı həcmdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 4851, 114, 128-130-cu maddələrini QƏRARA ALDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 2094603№-li inzibati xəta haqqında Protokola əsasən Cəfərli X1 Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və onun barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər
Məhkəmə qərarları › İş №3(056)-935/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-935/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver