Məhkəmə qərarları › İş №3(056)-939/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-939/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-939/2025 03.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, icra sənədi üzrə tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2322034№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2322034№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiallara görə Əhmədova X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-2043/2024 saylı, “Asan Xidmət“ Mərkəzində notariat kontorunun 8İ-7870 saylı və xx.xx.2024-cü il tarixli 8İ-140 saylı icra sənədlərini üzürsüz səbəbdən icra etməyərək, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında qeyd etmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-2043/2024 saylı icra vərəqəsinə əsasən, tərəflər arasında bağlanmış şifahi borc müqaviləsindən yaranmış 3700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 57 (əlli yeddi) manat Şəxs alınıb X5 ödənilməsi tələb olunur. xx.xx.2024-cü il tarixli 8İ-140 saylı icra qeydinə əsasən Şəxs 810,98 manar məbləğində pul vəsaiti tutulataraq tələbkar "xxxx" MMC-yə ödənilməsi tələb olunur. “Asan Xidmət“ Mərkəzində notariat kontorunun 8İ-7870 saylı icra qeydinə əsasən Şəxs 1118,14 manar məbləğində pul vəsaiti tutulataraq tələbkar "xxxx" ASC-yə ödənilməsi tələb olunur. Həmin icra vərəqələrinin icrasının təmin edilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq icra şöbəsinin çağırışına məhəl qoymamış, müvafiq sorğuları cavablandırmamış, faktiki olduğu yer barədə məlumat verməmiş və bununla da icra vərəqələri üzrə borcunu ödəməkdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır, lakin o, maddi imkanları məhdud olduğu üçün icra vərəqələri üzrə ondan tələb olunan borcu ödəyə bilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs 3700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 57 (əlli yeddi) manat dəymiş zərərin əvəzi alınaraq iddiaçı X3 hesabına ödənilməsinə dair Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-2043/2024 saylı icra vərəqəsinin, Şəxs 810,98 manar məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi dair xx.xx.2024-cü il tarixli 8İ-140 saylı icra qeydinin, Şəxs 1118,14 manar məbləğində pul vəsaiti tutulataraq tələbkar "xxxx" ASC-yə ödənilməsinə dair “Asan Xidmət“ Mərkəzində notariat kontorunun 8İ-7870 saylı icrasının təmin edilməsi barədə icra sənədləri üzrə borclu X6 edilmiş təkliflərə baxmayaraq, o, bu təkliflərə məhəl qoymamış və bununla da icra vərəqələri üzrə borcunu üzrsüz səbəbdən ödəməkdən qərəzli olaraq yayınmışdır, eyni zamanda o, icra şöbəsinin çağırışına gəlməmiş, müvafiq sorğuları cavablandırmamış, faktiki olduğu yer barədə məlumat verməmiş və bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirilməmişdir. İXM-nın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, icra vərəqəsi ürə tələbkar X3 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinin törətməsi onun izahatı ilə yanaşı, həmçinin onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN2322034№-li inzibati xəta haqqında protokolla, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs qeyd olunan icra sənədinin üzrlü səbəbdən icra etməməsinin əsası kimi istinad etdiyi dəlilini əsassız hesab edirəm və onun bu izahatını inzibati məsuliyyətdən yayınması kimi qiymətləndirirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nin 528.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hazırkı iş üzrə İXM-nin 528.1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh tətbiq edilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində 500 (beş yüz) manat məbləğində “cərimə” növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Həmçinin inzibati xəta əməli törətmiş Şəxs nəzərinə çatdırılmalıdır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2322034№-li inzibati xəta haqqında Protokola əsasən Əhmədova X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və ona 500 (beş yüz) mant məbləğində “cərimə” növündə inzibati tənbeh tətbiq edilsin . Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar