Məhkəmə qərarları › İş №3(056)-942/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-942/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-942/2025 19.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, X3 oğlunun katibliyi, X1 iştirakı ilə, xx.xx.1995-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan X5 Azərbaycan Respublikası İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ27506267 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ27506267 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikasının İXM-nın 353.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinmişdir. X8 barəsində qəbul edilmiş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə 21:10 radələrində etibarnamə ilə idarə etdiyi «MAN TGX YÜLK» yük markalı dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzi vasitəsi ilə onun icazə verilmiş maksimum kütlə 40 ton olduğu halda onun yükü tərəzidə 42550 kq göstərilərək əsassız olaraq ona 600 (altı yüz) manat məbləğində cərimə yazılmışdır. Halbuki, əvvəlcədən onun xx.xx.2025-ci il tarixdə saat 19:11 radələrində yükü 39650 kq olmuşdur. Cərimə əsasızdır və düzgün qiymətləndirilməyərək təqsirli bilinmişdir. Cərimə tətbiq edilən günü xx.xx.2025-ci il 19:11 radələrində Sabirabad rayon Bulaqlı kənd (Bakı istiqamətində yolun sağ hissəsi) ərazisində yerləşən dövlət sertifikatlı çəkiyə nəzarət məntəqəsinə daxil olaraq öz çəkisini yoxladıraraq 39650 ton ümumi çəkili tərəzi qəbzi ilə yola düşmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri barədə qaydalarının 3-cü bəndində nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi barədə məlumatlar qeyd edilmişdir. Həmin bəndə əsasən istifadəsində olan nəqliyyat vasitəsinin 2 dartıcı oxlu olması və üçoxlu yarımqoşqu ilə təchiz olunduğunu nəzərə alaraq ümumi kütlə 40 ton olaraq qanuvericiliklədə təsdiqlənmişdir. Əlavə olaraq qeyd etmişdir ki, sözügedən çəkiyə nəzarət məntəqəsi dövlət sertifikatlı rəsmi icazəli publik hüquqi mülkdür. Qeyd etmişdir ki, ilk öncə qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə etdiyi nəqliyyat vasitəsi üçün icazə verilən ümumi çəki kütləsi 39650 ton deyil 42550 ton olaraq qeyd edilmişdir. Burda belə bir sual yaranır ki, o, həmin çəki normalarını pozmuş olsaydı ona niyə 40 tonluq limitdə 39550 ton deyil 39650 ton çəki qeydə alınmışdır. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2021-ci il tarixli, 415 nömrəli qərarı ilə öz təsdiqini tapmışdır. Odur ki, barəmdə olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi zəruridir. Qeyd olunanlara əsaslanaraq barəsində olan İnzibati xəta Haqqında Protokolun ləğv olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən X2 bildirdi ki, ümumiyyətlə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzi düzgün işləmir. Belə ki, onunla birgə Bakı şəhərinə yük aparan yük avtomobillərinin hər birinə müntəzəm olaraq bu qaydada cərimə tətbiq edilir. Lakin nəzərə almaq lazımdır ki, sürücüyə hər ton yükə görə cəmi 18 manat pul qalır. 2 ton yükə görə də qazanc 36 manat təşkil edir. Heç bir sürücü də 36 manat qazanca görə qayda pozub 600 manat cərimə edilməsini arzulmaz və belə bir hala yol verməz. Hərəkətə başlamadan yükünü çəkdirmiş olduğu tərəzinin də müvafiq sertifikatı vardır. Qeyd etdiyi kimi Səngəçal qəsəbəsində quraşdırılmış tərəzi düzgün işləmədiyindən və o, müəyyən olunmuş limitdən artıq yük daşımadığından şikayətinin əsaslı hesab edilərək təmin edilməsini xahiş edir. DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizələrini təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X6 dinləyib, onun şikayətinin dəlillərini və əlavə etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, X5 İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli EQ27506267 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş tərəzi qəbzlərindən görünür ki, şikayətçinin idarə etdiyi **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yükü müvafiq olaraq xx.xx.2025-ci il tarixində saat 19:10 radələrində 39650 kq təşkil etmişdir. Məhkəmə iclası sübutların təqdim edilməsi baxımından təxirə salınmış olsa da, qərarından şikayət edilmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, qəbul edilmiş qərarın əsaslılığı barədə hər hansı sübutu (şikayət olunan tərəziyə münasibətdə sertifikat və s.) məhkəməyə ünvanlamamışdır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, M.A.Ağayevin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda və 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X5 əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ27506267 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ27506267 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. xx.xx.2025-ci il tarixli EQ27506267 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında İXMnın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair M.A.Ağayevin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar