Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-945/2025 18.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi iştirakı ilə, X4 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28244148 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28244148 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərara əsasən xx.xx.1976-ci il təvəllüdlü X2 Xətalar Məcəlləsinin 353.5-ci maddəsində (İXM-nın 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) il ərzində inzibati tənbeh almış şəxs tərəfindən həmin xətanı təkrar törətməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 1200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X9 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28244148 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın və həmin qərarla tətbiq edilmiş 1200 manat cərimə tənbeh növünün ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X9 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28244148 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, «Merecedes Benz AXOR 1840LS» yük markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşın X3 məxsusdur. Bu avtomaşını isə iki nəfər mən, X9 və X5 idarə edir. Bildirirəm ki, X5 xx.xx.2025-ci il tarixdə 21:45 radələrində etibarnamə ilə idarə etdiyi «Merecedes Benz AXOR 1840LS» yük markalı, **- FP-*** dövlət qeydiyyat nişanlı Avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzi vasitəsi ilə icazə verilmiş maksimum kütlə 40 ton olduğu halda yük 39890 kq ola-ola əsassız olaraq mənə əsassız olaraq təkrar 1200 (bir min iki yüz) manat məbləğində cərimə yazılmışdır. Halbuki, yük maşınını çəkidərən zaman girişdə xx.xx.2025-ci il tarixdə saat 17:38 radələrində yükənib çəkilan zaman 39890 kq olub və çıxış xx.xx.2025-ci il tarixdə, saat 23:04 radələrində Bakıya yükün təyinat nöqtəsinə çatdırılan zamanı 39920 kq çəki müəyyən edilmişdir. Yükü isə müvafiq qaydada xx.xx.2025-ci il tarixdə saat 23:04 radələrində yük maşınına çəkdirən zaman çəkisi 39920 kq müəyyən edilmişdir. Lakin buna baxmayaraq mənə xx.xx.2025-ci il tarixdə 21:45 radələrində Din Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əsassız olaraq çəkimi limiti keçmiş kimi 42570 kq müəyyən edilmişdir. Əldə etdiyim müvafiq çəki sənədlərindən də görünür ki, çəki 40 tonu keçməmişdir. Bu qərara istinadən maksimum 40 tonu keçməmək şərti ilə yükdaşıma fəaliyyəti ilə daim məşğul olmuşdur. Amma buna baxmayaraq mənə 39890 kq çəkiyə görə əsassız cərimə yazılmışdır. Təkrar 3-cü dəfədir ki, bu hallarıa rastalaşıram. Bundan başqa haq-ədalət pozulmuş və mən idarə etməyə etməyə belə bir əsassız qərarın tərtib edilməsi əsassızdır. Odur ki, barəmdə olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi X9 və DİN BDYPİ-nin nümayyəndəsi məhkəmədə iştirak etməmişlər. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq, şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətin dəlillərini araşdırıb və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, şikayətçi X4 şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, E.S.Miriyev barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28244148 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, İXM-nın 353.5-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi üçün əsas kimi E.S.Miriyevin xx.xx.2025-ci il tarixdə saat 21:45 radələrində idarə etdiyi **-FP-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ AXOR 1840LS YÜK” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqaməti M-2 47.9-ci km. hissəsində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsini həmin xətaya əvvəllər yol verdiyi üçün inzibati tənbeh almış şəxs tərəfindən il ərzində həmin xətanı təkrar törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, E.S.Miriyev eyni xətaya əvvəllər yol verdiyi üçün barəsində inzibati tənbeh tətbiq edildikdən sonra il ərzində yenidən, yəni xx.xx.2025-ci il tarixdə saat 21:45 radələrində idarə etdiyi **-FP-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ AXOR 1840LS YÜK” markalı avtomobilini il ərzində icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi üçün, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə haqlı olaraq xx.xx.2025-ci il tarixli EQ 28244148 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərar qəbul etmiş və həmin qərar qanuni və əsaslı olduğundan, qərarın ləğv edilməsinə dair şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rə hbər tutaraq QƏRARA ALDİ: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28244148 nömrəli inzibati tənbeh vermə haqqında Elektron X1 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-945/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-945/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver