Məhkəmə qərarları › İş №3(056)-948/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-948/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-948/2025 05.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin X1 sahə rəisi X2 Zərərçəkmiş şəxs, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs Müşfiq oğlunun iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Sabirabad rayonu Quruzma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sabirabad rayonu Quruzma kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Müşfiq oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2226160№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin X1 sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2226160№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Müşfiq oğlu xx.xx.2025-ci il tarixdə 22 radələrində ailə münasibətlərin pozulması səbəbindən həyat yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə edib onu vuraraq, nəticədə onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Müşfiq oğlu ona istinad olunan İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində özünü təqsirli bilməyib izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir ildir ki ailəlidir, onunla münasibətləri daimi olaraq normal olmuş, son zamanlar hərdən mübahisələri yaranmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə axşam üstü saat 20 radələrində Nəzrinlə atasının evinə gəzmək üçün getmiş və saat 22 radələrində evə qayıtmışlar. Nəzrin yataq otaqlarına keçmiş və evdə səliqə işləri edən zaman otağa daxil olmuş və Nəzrinin mobil telefonda oyun vasitəsilə danışmasını gördükdə, telefonu alıb baxan zaman onun “Snapchat” tətbiqində bir neçə nəfər tanımadığı şəxslə danışmasını müəyyən etmiş və əsəbləşərək onu şillə ilə baş nahiyyəsindən vurmuşdur. Səsə anası çıxmış, onları sakitləşdirmiş, bununla bağlı Nəzrinin atası Elnura məlumat vermiş və bir neçə dəqiqə sonra onlar gəlib Nəzrini öz evlərinə aparmışlar. Sonradan məlum olmuşdur ki, ondan və anasından şikayət ediblər. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, həyat yoldaşı Şamil və qayınanası İlhamə tərəfindən döyülməyi ilə bağlı olaraq özü müraciət etmişdir. Bununla bağlı olaraq deyd edir ki, Şəxsla bir ildir ki, ailəlidir və onunla münasibətlərı daimi olaraq normal olmuşdur. Sonradan onun başqa qadınlarla danışması və yaxın əlaqədə olduğunu öyrəndikdən sonra aralarında mübahisələr baş vermişdir. Bundan sonra Şamil onu boşayacağını bir neçə dəfə demişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə axşam üstü saat 20 radələrində o, Şamil ilə atasının evinə gəzmək üçün getmiş və saat 22 radələrində yaşadığı evə qayıtmışlar. Yataq otağına keçmiş və evdə səliqə işləri edən zaman Şamil qəfildən otağa daxil olmuş və onun Redmi markalı mobil telefonunu götürərək, içərisində olan proqramlara baxmağa başlamışdır. Qəfildən onun üstünə cumaraq guya telefonunda kiminlə sə yazışmağını müəyyən etməsini demişdir. Ona bunu göstərməsini deyən zaman "Snapchat" proqramında bir nəfər tanımadığı şəxsin onun hesabına salam yazmasını göstərmiş və onu yumruqla baş nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Aldığı zərbələrin təsirindən yerə yıxılmış və Şamil onu yerdə də təpik yumruqla vurmağa başlamışdır. Bundan sonra səsə qayınanası gəlmiş və nə olmasını soruşan zaman Şamil onun guya kiminlə sə danışmağını və bununla bağlı olaraq yazışmalar olmasını deyən zaman İlhamə Xancanova onun üzərinə cumaraq qollarını əli ilə cırmaqlamağa başlamışdır. Daha sonra Şamil bir neçə dəfə onu vurduqdan sonra valideynlərinə zəng edərək gəlib onu aparmasını bildirmişdir. Bir neçə dəqiqə sonra anası və atası gəlmiş və onu öz evlərinə aparmışlar. Adına böhtan atıldığı uçün polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəxs Müşfiq oğlu ilə barışmadığını və onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X8 Sabirabad rayon Şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli 164№-li tibbi rəyində qeyd olunur ki, müayinə olunan şəxs Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər sağ gicgah alın hissəsində, sol saidin orta 1/3-də bayır səthdə qançır, sağ saidin aşağı 1/3-də iç səthdə sıyrıq küt əşyanın (ların) təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs Müşfiq oğlu xx.xx.2025-ci il tarixdə 22 radələrində ailə münasibətlərinin pozulması səbəbindən həyat yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə edib, onun baş nahiyyəsindən vurub onu döyərək, nəticədə zərərçəkmişin sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkimiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs Müşfiq oğlunun İXMnın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN2226160№-li protokolla, inzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarda əks olunmuş işin halları, xx.xx.2025-ci il tarixli 164№-li tibbi rəyi, zərərçəkmiş şəxsin izahatı, həmçinin inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi döyməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxsin izahatını, toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarda əks olunmuş işin halları xx.xx.2025-ci il tarixli 164№-li tibbi ekspert rəyinə və inzibati işin digər hallarına uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İXM-nın tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Müşfiq oğluna inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın məhz ər-arvad arasında qısqanclıq zəmnində yaranması halları baxımından xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2226160№-li inzibati xəta haqqında Protokol əsasında Xancanov X3 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar