Məhkəmə qərarları › İş №3(056)-949/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-949/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-949/2024 20.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş Sabirabad rayon X4 PB-nin X1 sahə rəisi, polis polkovnikleytenatı Zaur Məhərrəmovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Şamaxı rayonu Sabir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Saliyan rayonu Yuxarı Noxudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon X4 PB-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1981566№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X4 PB-nin X1 sahə rəisi, polis polkovnik-leytenatı Zaur Məhərrəmov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1981556№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə o, xx.xx.2024-cü il tarixdə Sabirabad rayon Salmanlı kəndində qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda - təmiz çəkisi 0.53 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixuananı saxlayıb daşınmışdır. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN 1981556№-li inzibati xəta haqqında Protokol tərtib edilərək toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, əlavə olaraq qeyd etmişdir ki, o, təxminən bir neçə aydır ki, nəşə deyilən, yəni qurudulmuş marixuanadan istifadə edir. Belə ki, 24 may 2024-cü il tarixdə günorta saatlarında Sabirabad rayonu Muğangəncəli kəndi yaxınlığında fermada işlədiyi ərazidə hərəkət edən zaman, yerdə bir ədəd kağız bukum görmüş və həmin bükümü yerdən götürüb içərisinə baxan zaman, içərisində marixuana olmasını görmüşdür. O, marixuanadan istifadə etdiyinə görə həmin bükümü şalvarının arxa cibinə qoymuş, həmin vaxtdan da cibində qalmışdır. 24 may 2024-cü il tarixdə saat 18 radələrində Sabirabad rayonu Salmanlı kəndi ərazisində olan zaman, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını, üzərində narkotik tərkibli kütlə gəzdirməsi barədə məlumat daxil olduğunu bildirib, onu Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. Şöbənin inzibati binasına gəldikdən sonra, şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi təyin edilmişdir. Polis şöbəsində polis əməkdaşları ondan üzərində dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet olmasını, olacağı halda isə könüllü olaraq təqdim etməsini bildirmiş, o da üzərində marixuana olduğunu demişdir. Sonra videoçəkiliş vasitəsi ilə polis əməkdaşları və müdafiəçisi Qədir Qədirovun iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və üzərində aşkar olunmuş marixuananı polislərə təqdim etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materialla əlavə edilmiş “Cinayət işi başlanmasının rədd olunması haqqında” 10 iyun 2024-cü tarixli Qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/527№-li rəyinə əsasən Şəxs götürülmüş və tədqiqata təqdim olunmuş şeffaf selofanina bükülmüş kütlə - təmiz çəkisi 0.53 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixunadır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayon Salmanlı kəndində qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda - təmiz çəkisi 0.53 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixuananı saxlayıb daşınmışdır. İXM-nın 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, “Cinayət işi başlanmasının rədd olunması haqqında” 10 iyun 2024-cü tarixli Qərarla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 206-cı maddəsi ilə tövsif edilmişdir. Odur ki, İXM-nın tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini, həmçinin İXM-nın 31.4-cü maddəsinin tələbini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 206-cı maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi İXM-nın 206-cı maddəsinin sanksiyası həddində 20 (iyirmi) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1981566№li inzibati xəta haqqında Protokola əsasən Əhmədov X2 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 20 iyun 2024-cü il tarixdən saat 12:00-dan hesablansın Hazırkı qərar qüvvəyə mindikdən sonra Şəxs aşkar edilərək götürlmüş 0,53 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar