Məhkəmə qərarları › İş №3(056)-952/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-952/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-952/2024 28.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Sabirabad RPŞ-nin DYPB-nin YPX-nın inspektoru Nicat Həsənovun, şikayətçi X2 iştirakı ilə, Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6555150№-li inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6555150№-li inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.1997-ci il təvəllüdlü X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X1 tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP6555150№-li Qərarla razılaşmayaraq, həmin qərardan verdiyi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətini onunla əsaslandırmışdır ki, onun (şikayətçi M.Ə.Bağırov) istifadə etdiyi **-ML-*** dövlət qeydiyyat nişanlı “X8” markalı avtomobili xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu H.Əliyev pr. 7 ünvanında YPX əməkdaşı tərəfindən saxlanılıb, İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində tərtib edilmiş İXP ******* nömrəli protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6555150№-li inzibati tənbeh vermə haqqında qərarla 40 (qırx) manat cərimə olunmuşdur. Tədbiq olunan cərimə əsassız və yanlışdır. Təqsirli bilindiyi maddə yəni İXM-in 327.1-ci maddəsi qeyd edilən prospekt üzrə keçərli deyildir. Qeyd edilən prospekt üzrə hərəkət 4 istiqamətli 2- qediş - 2 gəlış istiqamətindədir və gediş-gəliş istiqamətini 1.3 nişanı ilə ayrılmışdır (qoşa xətt). Bir istiqamətdə isə hərəkət zolağlarını ayıran 1.5 hərəkət istiqaməti mövcuddur. O, isə yol hərəkəti haqqında qanunun 69 Vİİ-3 cü bəndinə uyğun (1.5-1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir.) hərəkət etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq barəsində tətbiq olunan TP6555150 nömrəli qərarın ləğv edilməsi və 40 (azn) cərimənin silinməsi barədə qərar qəbul olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş barəsində xx.xx.2024-cü il tarixli TP6555150№-li inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş M.Ə.Bağırov şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, həmin Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad RPŞnin DYPB-nin YPX-nin inspektoru Nicat Həsənov şikayətə etiraz edib, xx.xx.2024-cü il tarixli TP6555150№-li inzibati tənbeh vermə haqqında qərarın əsaslı və qanuni olmasına əsaslanaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, şikayətçinin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatını dinləyərək hesab edirəm ki, X2 şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6555150№-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə səbəb onun özünə məxsus “X8” minik markalı 99ML986 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə hərəkət edərkən Sabirabad şəhəri H.Əliyev pr. 7 ünvanda əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarının pozulması olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Qanunla nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - 40 (qırx) manat məbləğində cərimə edilir. Sabirabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru N.Həsənovun məhkəməyə təqdim etdiyi videogörüntüdən görünür ki, o, (şikayətçi M.Ə.Bağırov) **-ML-*** dövlət qeydiyyat nişanlı “X8” markalı avtomobili ilə xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu H.Əliyev pr. 7 ünvanda hərəkətin dairəvi olduğu yolayrıcında əks istiqamətli hərəkət zolağına keçmədən ötmə hərəkəti etmişdir. Məhkəmədə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X5 özünə məxsus **-ML-*** dövlət qeydiyyat nişanlı “X8” markalı avtomobili ilə xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu H.Əliyev pr. 7 ünvanda hərəkətin dairəvi olduğu yolayrıcında əks istiqamətli hərəkət zolağına keçmədən ötmə hərəkəti etmişdir. “ Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin ötmə hərəkətini qadağan edən halları sadalanan V bəndinə əsasən aşağıdakı hallarda ötmə hərəkəti qadağan edilmişdir: 1). nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2). piyada keçidlərində piyadalar olduqda; 3). dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5). yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində - əks istiqamətli hərəkət zolağına çıxmaqla və 6) tunellərdə qadağandır. Yuxarıda istinad olunan “ Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin ötmə hərəkətini qadağan halları sadalayan V bəndinə əsaslanaraq hesab edirəm ki, X2 özünə məxsus özünə məxsus **-ML-*** dövlət qeydiyyat nişanlı “X8” markalı avtomobili ilə xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu H.Əliyev pr. 7 ünvanda hərəkətin dairəvi olduğu yolayrıcında əks istiqamətli hərəkət zolağına keçmədən etdiyi ötmə hərəkəti, “ Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsi ilə müəyyən olunan ötmə hərəkətini qadağan edən halların hər hansı biri ilə əhatə olunmur. Yəni M.Ə.Bağırov özünə məxsus avtomobillə xx.xx.2024-cü il tarixdə etdiyi ötmə hərəkəti ilə “ Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmamışdır və bununla da onun bu hərəkətində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi müəyyən olunmur. İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 v. 8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyət li orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nın 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən M.Ə.Bağırov barəsində xx.xx.2024-cü il tarixli TP6555150№-li inzibati tənbeh vermə haqqında Qərar qəbul edərkən, işin faktiki halları hərtərəfli araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar təsdiq edilmədən qərar qəbul edilmiş və Sabirabad RPŞ-nin DYPB-nin YPX-nın inspektoru N.Həsənovun tərtib etdiyi inzibati xəta haqqında protokol üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. İXM-nin 135.1-ci maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasmm 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin miiəyyən edilməsini təmin etməlidir. Konstitusiyamızın 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən barəsində inzibati tənbeh tədbiri görülmüş M.Ə.Bağırovun İXM-nın 327.1-ci maddəsində nəzərdə tutulan xəta törətməsini müəyyən etməmişdir. Göstərilənləri nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, M.Ə.Bağırov tərəfindən İXM-nın 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törətməsi mötəbər sübutlarla təsdiqini tapmadığından, M.Ə.Bağırov barəsində qəbul edilmiş İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli TP6555150№-li inzibati tənbeh vermə haqqında Qərar ləğv edilməli və onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nın 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən qəbul olumuş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP6555150№-li qərar ləğv edilsin və həmin qərarla X2 hərəkətində inzibati xəta tərkibi olmadığı üçün o, inzibati məsuliyyətdən azad olunaraq, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar