Məhkəmə qərarları › İş №3(056)-961/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-961/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-961/2024 24.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2086901№-li inzibati xəta haqqında ProtokoL məhkəməyə təqdim edilmişdir. Təqdim olunmuş xx.xx.2024-cü il tarixli MN2086901№-li inzibati xəta haqqında Protokola görə Şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(106)-102/2009 saylı icra vərəqəsini üzürsüz səbəbdən icra etməyərək, yəni xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay bütün növ qazancının 1/3 hissəsini tələbkar Zərərçəkmiş şəxs ödəməməklə, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(106)-102/2009 saylı icra vərəqəsinə əsasən xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün icra sənədi üzrə borclu Şəxs hər ay bütün növ qazancının 1/3 hissəsinin alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin maddədə nəzərdə tutulan əsasları, o cümlədən də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi (maddə 106.0.3) və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması (maddə 106.0.5) məsələlərinə də baxır. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2086901№-li inzibati xəta haqqında Protokolda inzibati xətanın mahiyyəti "xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2007ci il təvəllüdlü X1 üçün borclu Şəxs hər ay bütün növ qazancının 1/3 hissəsinin tələbkar Zərərçəkmiş şəxs ödənilməməsi, nəticədə 12600 manat aliment borcunun toplanması” kimi qeyd edilsə də, lakin inzibati xəta haqqında iş materiallarında borclu Şəxs hansı qazancının olduğu halda 1/3 hissəsinin ödənilməməsi və borclunun aylıq qazancının müəyyən edilmədiyi halda aliment borcunun hansı qaydada hesablanaraq 12600 manat aliment borcunun müəyyən edilməsi aydın deyil, yəni borclunun aylıq qazancına dair hər hansı sübutlar təqdim olunmamış, halbuki icra sənədinə əsasən alimentin həcmi borclunun bütün növ qazancının 1/3 hissəsinin misli ilə müəyyən olunur. Həmçinin alimentin bütün növ qazancının 1/3 hissəsi formasında tutulması məhz 2 uşağı nəzərdə tutsa da, lakin protokola əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin razılığı əsasında uşaqlardan biri 10 ildən çox müddətdir ki Şəxs himayəsinə verilməklə onunla birlikdə yaşayır və uşağın biri atası ilə qalmaq şərti ilə aliment tələbindən imtinaya dair tələbkarla razılığa gəlinmişdir. Bu baxımdan 10 ildən çox müddət ərzində tələbkarın aliment borcu ilə bağlı hər hansı şikayət və tələbinin olmaması halı, məhkəməni tələbkar Zərərçəkmiş şəxs aliment tələbindən imtina etməsi fikrinə gəlməyə əsas verir. Beləliklə inzibati xəta haqqında Protokolda inzibati xətanın mahiyyətinin nədən ibarət olduğu, yəni İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin alternativ xarakterli dispozisiyasında göstərilən hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə Şəxs qeyd olunan maddədə nəzərdə tutulan hansı inzibati xətanı törətməsi və həmin inzibati xətanı sübut edən əsaslar və sübutlar müəyyən edilməmiş. Yəni, inzibati məsuliyyətin yaranması üçün həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkətlərin və yaxud hərəkətsizliyin borclu tərəfindən törədilməsi müəyyən olunaraq Protokolda qeyd edilməli və bununla bağlı müvafiq sübutlar Protokola əlavə edilərək məhkəməyə təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Hazırkı vəziyyətdə isə, yəni borclu Şəxs icra məmurunun hansı qanuni tələblərini yerinə yetirməməsi aydın olmadığı halda, istinad olunan protokol əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbehin tətbiqi mümkünsüz olur. İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda - inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair material həmin Məcəllənin 100-cü maddəsinin tələblərinə uyğun olmayan natamam formada məhkəməyə təqdim olunduğu üçün onu göndərmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair material (xx.xx.2024-cü il tarixli MN2086901№-li Protokol) həmin Məcəllənin 100-cü maddəsinin tələblərinə uyğun olmayan natamam formada məhkəməyə təqdim olunduğu üçün onu göndərmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar