Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-962/2025 25.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X3 iştirakı ilə, X3 DİN BDYPİ-nin X4 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28303574 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN BDYPİ-nin X4 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28303574 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərara əsasən xx.xx.1998-ci il təvəllüdlü X2 Xətalar Məcəlləsinin 353.2-ci maddəsində ( iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşması) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X8 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28303574 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın və həmin qərarla tətbiq edilmiş 600 manat cərimə tənbeh növünün ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X8 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixdə 21:25 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes Benz AXOR 1840 LS” yük markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı Avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzi vasitəsi ilə ona icazə verilmiş maksimum kütlə 40 ton olduğu halda onun yükü 40.070 kq ola-ola əsassız olaraq onun barəsində 600 (altı yüz) manat məbləğində cərimə yazılmışdır. Halbuki, yükü isə gətirən zaman müvafiq qaydada xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində yük maşınımı çəkdirən zaman çəkisi 40070 kq müəyyən edilmişdir. Əldə etdiyi müvafiq çəki sənədlərindən də görünür ki, onun çəkisi 40 tonu keçməmişdir. Oda bu qərara istinadən maksimum 40 tonu keçməmək şərti ilə yükdaşıma fəaliyyəti ilə daim məşğul olmuşdur. Amma buna baxmayaraq ona 40070 kq çəkiyə görə əsassız cərimə yazılmışdır. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X8 şikayəti müdafiə edib, şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, mübahisələndirilən xx.xx.2025-ci il tarixli EQ 28303574№-li inzibati tənbeh vermə haqqında Elektron Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, DİN BDYPİ-nin nümayyəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq, şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətin dəlillərini araşdırıb və inzibati xəta haqqında işin materiallarını tədqiq edib, şikayətçinin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayətçi X3 şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, H.İ.Bağırov barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28303574 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, İXM-nın 353.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi üçün əsas kimi H.İ.Bağırovun xx.xx.2025-ci il tarixdə saat 21:25 radələrində idarə etdiyi **-NE-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ AXOR 1840 LS YÜK” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Bakı şəhər Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqaməti 47.9-cu km. hissəsində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsini pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin dispozisiyasına görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi qeyd edilən İXM-nın 353.2-ci maddəsi ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, H.İ.Bağırov xx.xx.2025-ci il tarixdə saat 21:25 radələrində idarə etdiyi **-NE-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ AXOR 1840 LS YÜK” markalı avtomobilini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi üçün, DİN BDYPİ-nin X4 haqlı olaraq xx.xx.2025-ci il tarixli EQ 28303574 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərar qəbul etmiş və həmin qərar qanuni və əsaslı olduğundan, qərarın ləğv edilməsinə dair şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: DİN BDYPİ-nin X4 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28303574 nömrəli inzibati tənbeh vermə haqqında Elektron X1 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-962/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-962/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver