Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-964/2024 24.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş şəxs - Sabirabad rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenatı X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Sabirabad rayonu Kovlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad rayonu Kovlar kəndində qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1981730№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1981730№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə X4 xx.xx.2024-cü il tarixdə saat 22:12 radələrində Sabirabad rayon Kovlar kəndində Sabirabad RPŞ-nin DYPB-nin YPX inspektoru saxla işarəsinə məhəl qomayıb, “Mersedes” minik markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamamış və bununla da yol hərəkəti qaydalarının mühafizəsi vəzifələrini icra edən Sabirabad RPŞ-nin DYPB-nin YPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamamışdır. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 ona istinad olunan İXM-nın 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxs X4 xx.xx.2024-cü il tarixdə saat 22:12 radələrində Sabirabad rayon Kovlar kəndində Sabirabad RPŞ-nin DYPB-nin YPX inspektoru saxla işarəsinə məhəl qomayıb, “Mersedes” minik markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamamış və bununla da yol hərəkəti qaydalarının mühafizəsi vəzifələrini icra edən Sabirabad RPŞ-nin DYPB-nin YPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamamışdır. İXM-nın 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. X2 İXM-nin 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsi faktı onun özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. X2 barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X7 İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və İXM-nin 33-cü maddəsinə əsasən isə onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-nin 32.2-ci maddəsinin tələblərini nəzərə alıb, hesab edirəm ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (inzibati cərimə növündə) deyil, məhz inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta əməlini törətmiş Ş.A.İbrahimovun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Ş.A.İbrahimovun təqsirli bilindiyi İXM-nın 535.1-ci maddəsinin sanksiyası həddində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1981730№-li inzibati xəta haqqında Protokola əsasən X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-964/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-964/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver