Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-967/2024 27.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin X1 sahə rəisi, polis kapitanı X2, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sabirabad rayonu Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, Sabirabad rayonu Cavad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1981758№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1981758№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs xx.xx.2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edib, onu döyərək, nəticədə onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu əməlinə görə “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərar əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli MN1981758№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs ona istinad olunan İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində özünü təqsirli bilməyib, izahatında arvadı Zərərçəkmiş şəxs ilə məhz mübahisə etdiyini və onu vurmadığını bildirərək, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmisdir ki, əri Şəxs ilə ailə münasibətləri zəminində dəfələrlə mübahisələri olmuş, xx.xx.2024-cü il tarixdə onlar mübahisə etmiş və Oktay onu vurub itələməsi nəticəsində, o, yerə yıxılmış və ayağı sınmışdır. Bu barədə tibbi ekspertizasının rəyinə görə ayağının sınığı küt əşyanın təsirindən əmələ gəlməsi, əmələ gəlmə müddətinin xx.xx.2024-cü il tarixə uyğun olması, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır zərər vurmaya aid edilməsi müəyyən olunsa da, lakin ibtidai araşdırma orqanı bu hadisəni ört basdır edib, ayağının sınığının güya ki onun yıxılması nəticəsində yarandığını səbəb gətirərək “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs yenindən onunla mübahisə edib, onun sacından dartmış, baş nahiyəsinə vurub boğmağa çalışaraq, bununla da onu döymüşdür. Qeyd ediləri nəzərə alaraq Şəxs barəsində yuxarı həddə “həbs” növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərardan və Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 303№-li (canlı şəxsin ekspertizası) rəyində qeyd olunur ki, 1988 -ci il təvəllüdlü Zərərçəkmiş şəxs müayinə zamanı qeyd olunmuş sol incik sümüyünün distal hissəsinin qapalı yerdəyişməyən sınığı küt əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır zərər vurmaya aiddir. Həmçinin qeyd olunmuş xəsarətlər sol təpə alın nahiyyəsində sol bazunun yuxarı 1/3 bayır qançırlar küt əşyanın təsirindən əmələ gəlmişdir., əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, saxlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İstinad olunan “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Zərərçəkmiş şəxs ifadəsi ilə onun məhkəmədə verdiyi ifadəsinə uyğun gəlir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edib, onu döyərək, nəticədə onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1981758№-li protokola, “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarla və Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 303№-li (canlı şəxsin ekspertizası) rəyi ilə, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXMnın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi döyməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxsin izahatını ekspert rəyinə və inzibati xəta haqqında işi digər hallarına uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin mövqeyini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətinə “həbs” növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1981758№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 27 iyun 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər
Məhkəmə qərarları › İş №3(056)-967/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-967/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver