Məhkəmə qərarları › İş №3(056)-969/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-969/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-969/2024 27.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin X1 sahə rəisi, polis leytenantı X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-ci il tarixdə Kürdəmir rayonu Qocalık kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1981757№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1981757№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə 03 radələrində şəxsi münasibətlərin pozulması səbəbindən Zərərçəkmiş şəxs2 Ağamir oğlu və Zərərçəkmiş şəxs1 Ağamir oğlu ilə mübahisə edərək onları vuraraq, nəticədə onların sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli MN1981757№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində özünü təqsirli bilməyib, izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Ağamir oğlu və Zərərçəkmiş şəxs1 Ağamir oğlu ilə əvvəllər onlarla munasibəti normal olsa da, son iki il olar ki, münasibətlərı pisləşmişdir. O, küçədə yaşıllıq yaratmaq üçün ağaclar əkmış, qonşuluqda yaşayan Ağamiri Mustafayevin oğlanları Mirnur ilə Mirağa həmin ağacları, onun evinın qarşısına düşdüyünü səbəb gətirərək ağacları hər dəfə çıxarmağa çalışsalar da, buna imkan verməmişdır. Bunun üçün də məcbur olub küçələrinə mühafizə kamerası quraşdırmışdır. xx.xx.2023-cu il tarixdə saat 02:45 radələrində həmin müşahidə kamerasından küçəyə və həmin ağaclara monitorla nəzər yetirərkən görmüşdür ki, qonşuluqda yaşayan Mirnur və Zərərçəkmiş şəxs1 qardaşları hamin ağacları çıxarır. O, dərhal küçəyə qaçıb, onların yanına çatıb həmin yerdən onları qovarkən aralarında mübahisələri yaranmışdır. Mirnur və Zərərçəkmiş şəxs1 qardaşları onu təzə tikdikləri yarımtikili olan evlərini arxasına çağırıb söhbəti həmin yerdə davam etmələrini demişlər. O, Mirnurun əlində bıçaq gördüyu üçun onlardan özünü qorumaq uçün evə qayıdıb çomaq götürmuş, oğlu İlkini səsləmişdir kı, onu Mirnur və Zərərçəkmiş şəxs1 qardaşları söhbətə çağırır o da gəlsin. Mirnur və Zərərçəkmiş şəxs1 qardaşlarının yanına gələrkən əllərində olan bıçaqdan özünü qorumaq üçün həmin çomaqla onlar tərəfə firlatdıqda çomaq Mirnurun qoluna və Mırağanın kürək hissəsinə toxunmuşdur. O Mirnur və Zərərçəkmiş şəxs1 qardaşlarını vurmamış və döyməmişdir. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, qonşuluqda yaşayan Oktay Nifdaliyev ilə ötən ildən onların münasibətlər pozulmuşdur. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində X3 onun üzərinə hücum çəkərək əlindəki çomağı ilə onun başına vurmaq istədikdə o, başını aşağı əymiş, çomaq onun kürək nahiyyəsinə zərbə ilə dəymiş və zərbənin gücündən o yerə yıxılmışdır. Bu zaman Oktay görmüşdür ki, qardaşı onun döyülməyini sübüt etmək üçün video görüntü çəkmək istəyir. Oktay bunu görən kimi çomağı qardaşının başına vurduqda qaradaşı Mirnur qolu ilə özünü müdafiə etmək üçün qolunu çomağın önünə verdikdə qolundan xəsarət almışdır. Şəxs ilə barışmadığını və onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qaradaşı olan zərərçəkimiş Zərərçəkmiş şəxs1 məhkəmdə göstərdiklərinə oxşar məzmunlu izahat verərək həmin xüsusatları etmişdir. Şəxs ilə barışmadığını və onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2023-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 758№-li tibbi rəyində qeyd olunur ki, müayinə olunan şəxs Zərərçəkmiş şəxs2 aşkar olunmuş xəsarətlər sol bazunun orta 1/3-də iç səthdə, sağ qoltuqaltı xətt üzrə 3-cü qabırğa səviyyəsində sıyrıqlar küt əşyanın/əşyaların o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xasarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli 758 nömrəli rəyinə əsasən Ağamiri Mustafayevin məhkəmə-tibb müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində xəsarətlər aşkar edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə Mirnur və Zərərçəkmiş şəxs1 vuraraq, nəticədə onların sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkimiş şəxsləri dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1981757№-li protokolla, inzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2023-cü il tarixli Qərarda əks olunmuş xx.xx.2023-cü il tarixli 758№-li tibbi rəyi, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi döyməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxslərin izahatını, ekspert rəyinə və inzibati işin digər hallarına uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1981757№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar