Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-973/2024 08.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, xx.xx.1971-ci il tarixdə Sabirabad rayon Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayon Cavad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidməti Alayıdan daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP6326809№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Xİİ Tağımın inspektoru X1 tərəfindən tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli İXP6326809№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:10 radələrində idarə etdiyi “FORD CARGO 2530D” yük markalı 90AM979 dövlət qeydiyyat nişanlı avtomobilli icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yükləyib idarə etmiş, o, bu xətanı il ərzində təkrar törətdiyi üçün barəsində inzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli İXP6326809№-li inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Şəxs əməlində İXM-nın 353.5-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nın 353.5-ci maddəsinə əsasən, bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Şəxs əməlində İXM-nın 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tadbiridir və inzibati xəta törətmiş şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini, yuxarıda sadalanan masuliyyətini yüngülləşdirən halları nəzərə alaraq onun barəsində İXM-nin 353.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş min iki yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Xİİ Tağımın inspektoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP6326809№-li inzibati xəta haqqında Protokola əsasən Əliyev X2 Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsində təqsirli bilinsin və onun barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər
Məhkəmə qərarları › İş №3(056)-973/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-973/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver