Məhkəmə qərarları › İş №3(056)-979/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-979/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-979/2024 05.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi, xx.xx.1992-ci il tarixdə Sabirabad rayonu Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonu Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, MN 1981738№li İnzibati xəta haqqında protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN1981738№li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış sənədlərə görə, Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Həsənli kəndində yaşadığı evdə “TOZ-B” markalı 16 çaplı, qoşa lülə N-35510 nömrəli yivsiz ov tüfəngini (mülki silahını) müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan saxladığı müəyyən olunmuşdur. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 590.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1981738№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış sənədlərə əlavə olunmuş xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, tədqiq edilmiş sübutlarla Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl həmin maddə ilə düzgün tövsif olunmuşdur. Ona görə də, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, İXM-nin 31.2-ci maddəsinin tələbinə əsasən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edirəm ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 80 manat cərimə tətbiq edilməklə “TOZ-B” markalı 16 kalibrli, qoşa lülə N-35510 nömrəli yivsiz ov tüfəngi (mülki silahın) müsadirə edilməsi inzibati tənbehin məqsədinə daha uyğun olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: xx.xx.2024-cü il tarixli MN1981738№li inzibati xəta haqqında protokol əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və inzibati xətanın predmeti olan “TOZ-B” markalı 16 kalibrli, qoşa lülə N-35510 nömrəli yivsiz ov tüfəngi musadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası cərimə hissəsində Sabirabad rayon İcra və Probasiya Şöbəsinə, müsadirə hissəsində isə Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar