Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-980/2024 16.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X4 İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1254602№-li-li inzibati xəta haqqında Protokola və protokol üzrə toplanmış sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş Şəxs VÖEN: (**********) barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli MN 1254602№-li protokola görə Əkbərov X1 şəhəri H.Əliyev prospektində yerləşən “Bəyaz Market” adlı ticarət obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamış və bununla da o, İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 428.7.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istinad olunan İXM-nın 428.7.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini qismən etiraf edib, bildirmişdir ki, sahibi olduğu “Bəyaz Market” adlı ticarət obyekti üzərində reklam yerləşdirməsi üçün aldığı icazənin müddəti cari ilin fevral ayında bitmiş, lakin onun nəzərindən yayındığı üçün bu barədə məlumatsız olmuş və məhz X4 İdarəsinin Göstəriş və AKTı daxil olduğu halda, ona aydın olmuşdur ki, yenidən icazə sənədi alınması zəruridir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş X4 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə İXM-nın 64.3-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokola X4 İdarəsinin iştirakı olmadan da baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1254602№-li saylı protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXMnın 428.7.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi vardır və onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş X4 İdarəsi tərəfindən «Bəyaz Market” adlı ticarət obyektinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 000080№-li Göstərişdən və eyni tarixli və nömrəli AKTdan görünür ki, Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən «Bəyaz Market” adlı ticarət obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması faktı müəyyən edilmiş və qeyd olunan göstərişlə Şəxs müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımının 5 gün ərzində dayandırılması tələb olunmuş, eyni zamanda əks təqdirdə mövcud halın, yəni reklam haqqında qanunvericiliyin pozulmasına görə onun, İXM-nın 428.7.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas olması xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X4 İdarəsi xx.xx.2024-cü il tarixdə Şəxs bildiriş göndərilmiş və protokolun tərtibatında iştirak etmək, izahat vermək, protokolun surətini qəbul etmək təklif olunmuşdur. Lakin Şəxs protokolun tərtib olunmasında iştirak etməkdən imtina etmişdir. Protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Bəyaz market” adlı obyektin reklamları Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən «Bəyaz Market” adlı ticarət obyekti üzərində yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nın 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, “Reklam haqqında” Qanunun 26.1 və 26.2-ci maddələrinə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanı verir.http://www.e-qanun.az/alpidata/framework/data/30/c_f_30348.htm Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. İXM-in 428.7-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nın 17-ci maddəsinin qeyd hissəsinə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs ********** VÖEN-ə malik olan fiziki şəxsdir. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş minimum məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1254602№-li inzibati xəta haqqında Protokol əsasında Əkbərov X2 Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər
Məhkəmə qərarları › İş №3(056)-980/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-980/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver