Məhkəmə qərarları › İş №3(056)-989/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-989/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-989/2024 05.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi Anar Neymət oğlu Qafarovun katibliyi Sabirabad rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas Araz Həsənovun və barəsində inzibati xəta üzrə icraat başlanmış Şəxs iştirakı ilə, Sabirabad rayon Prokurorluğundan daxil olmuş xx.xx.2000-ci il tarixdə Sabairabad rayon Moranlı kəndində anadan olmuş Şəxs İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon prokuroru F.Pənahovun 12-İX-24 saylı material üzrə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərarına və əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon Prokurorluğundan məhkəməyə daxil olmuş Sabirabad rayon prokuroru F.Pənahovun 14-İX-24 saylı material üzrə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2000-ci il tarixdə Sabairabad rayon Moranlı kəndində anadan olmuş həmin kənddə qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və hazırkı qərarın və toplanmış materialın Şəxs barəsindəinzibabati tənbeh tətbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Sabirabad rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs (FİN:xxxxxxx) ona istinad olunan İXM-nın 525-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Sabirabad rayon prokuroru F.Pənahovun 14-İX-24 saylı material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarla və işin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Şəxs (FİN:xxxxxxx) 30 noyabr 2023-cü il tarixdə axşam saat 20-21 radələrində Sabirabad rayonu Moranlı kəndinin mərkəzində çayxanada həmin kənd sakinləri X3, X1 və X5 ilə birlikdə pul uduşu şərtilə oyun kartı vasitəsilə qumar oynamış, bununla da o, İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş “qumar oyununda iştirak etmə” əməli üzrə inzibati xəta törətmişdir Məhkəmə inzibati icraatda iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarla və ona əlavə edilmiş sənədlərlə müəyyən olunmuş halları araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 525-ci maddəsinin tərkibi vardır və o həmin maddə ilə təqsirli bilinərək, barəsində həmin maddə ilə müəyyən olunmuş inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilir. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran hallar müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-nın 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni və əsaslı olmaqla yanaşı, həmçinin inzibati tənbehin məqsədinə daha uyğun olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (d/t xx.xx.2000-ci il, FİN:xxxxxxx) Sabirabad rayon prokuroru F.Pənahovun 12-İX-24 saylı material üzrə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024cü il tarixli qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və onun barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar