Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-992/2025 01.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 324.4-cü maddəsi ilə Azərbaycan Respublikası Xİİ tağım YPX inspektoru polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7216385 nömrəli X4 haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xİİ tağım YPX inspektoru polis baş leytenantı X3 tərəfindən barəsində tərtib edilən cərimə növündə X4 haqqında xx.xx.2025-ci il tarixli, TP7216385 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Hacıqabul-Horadiz yolunun 18-ci kilometrliyində idarə etdiyi MERSEDES-BENZ VİTO 111 CDİ markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Xİİ tağım YPX inspektoru polis baş leytenantı X3 tərəfindən saxlanılmış və İXP ******* saylı protokolla 50 manat cərimə olunmuşdur. O, həmin yazılmış protokolla razı deyildir. Çünki o, nə sərnişin daşıma, nə də yük daşıma ilə məşğul deyil, heç vaxt da məşğul olmamışdır. İdarə etdiyi MERSEDES-BENZ VİTO 111 CDİ marlakı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun şəxsi avtomobilidir, həmin avtomobildən ailə maşını kimi istifadə edir və o, ticarətlə məşğul olmaqla VÖEN sahibkarıdır. xx.xx.2025-ci il tarixdə protokol yazılarkən o, inspektora etiraz etməyinə baxmayaraq, onun etirazına məhəl qoymamış və barəsində inzibati protokol yazmışdır. Ona görə də o, xx.xx.2025-ci il tarixli TP ******* saylı X4 haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati qərardan şikayət verən şəxs X2 bildirdi ki, onun idarə etdiyi avtomobil saxlanılarkən yol polisi əməkdaşı avtomobilinin Vito olmasını görüb ondan buraxılış kartı tələb etmiş, o, sərnişin və ya yükdaşıma fəaliyyəti ilə məşğul olmadığına görə həmin karta sahib olmadığını bildirmişdir. Buna baxmayaraq, sərnişin və ya yükdaşıma fəaliyyəti ilə məşğul olması barədə hər hansı sübut olmaya-olmaya polis əməkdaşı barəsində protokol tərtib etməklə onu cərimə etmişdir. O, elə həmin gün onlayn qaydada yol polisi əməkdaşının qərarından BDYPİ-nə şikayət etmiş, bu günə kimi onun şikayətinin təmin olunubolunmaması barədə məlumat verilməmiş, şikayəti araşdırılmadan qalmışdır. Ona görə də o, bundan sonra məcbur qalıb məhkəməyə müraciət etmişdir. Özü bazarda xırdavat malları satmaqla məşğul olur. Satdığı malları isə şirkətlər gətirib mağazaya çatdırır. Onun nə sərnişin daşımağa, nə də yük daşımağa vaxtı yoxdur. Odur ki, o, şikayətinin təmin edilməsini xahiş edir. Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə – əlli manat məbləğində cərimə edilir. X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7216385 X4 haqqında qərarda İXMnın 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin əlamətləri formal olaraq sadalanmış, lakin inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Əksinə, elektron məhkəmə sistemində axtarış edilərkən şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, həmçinin şikayətçinin barəsində qəbul edilmiş qərardan onlyan qaydada yuxarı səlahiyyətli orqana şikayət vermiş olması, şikayətinin qeydiyyata alınmış olması öz təsdiqini tapmışdır. Aşkar edilmiş və təqdim edilmiş sübutlar fonunda məhkəmə şikayətçinin məhkəmə iclasında göstərmiş olduğu xüsusatları inandırıcı olaraq qəbul edir və hesab edir ki, şəxsin əməlində barəsində tənbeh tədbiri tətbiq edilmiş norma üzrə inzibati xəta tərkibinin olması müəyyən edilmədiyindən, həmin qərar ləğv edilməli və şikayətçi barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda və 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən X4, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması nzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəlləbib 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Xİİ tağım YPX inspektoru polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7216385 nömrəli qərar ləğv edilsin və X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-992/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-992/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver