Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1008/2024 08.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X13 oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi evdə kirayədə yaşayan, Şəxs haqqında Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 08 oktyabr 2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 1. Salyan Rayon Məhkəməsinin 2(057)-2022/2015 saylı, 04 noyabr 2015-ci il tarixli icra sənədi üzrə "xxxx" KB ASC-yə 1152.21 manat borcunu; 2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13472/2016 saylı, 26 avqust 2016-cı il tarixli icra sənədi üzrə "xxxx" KB ASC-yə 1152.21 manat borcunu; 3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4556/2024 saylı, 19 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə "xxxx" KB ASC-yə 1152.21 manat borcunu; 4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-500/2024 saylı, 28 mart 2024-cü il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs olan aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X11 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu axtarışla tutulmuşdur. 840 manat aliment borcu vardır. Digər icra vərəqləri üzrədə borcunu ödəməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, aliment borcunu etiraf edir. İyul Avqust və Sentyabr aylarında ödəniş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin icra vərəqi üzrə əsas borcluya zamin durmuşdur. Ödənişlərini nəzərə alaraq yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-500/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X3 iddiaçı Zərərçəkmiş şəxs himayəsində saxlanılmış, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs xx.xx.2024-cü ildən başlayaraq hər ay 150 manat miqdarında aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icra şöbəsinə gəlməsi tələb olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(057)-380/2024 saylı qərardadından görünür ki, xx xxxxxx 1982-ci ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Yuxarı Noxudlu kəndində qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ 6 ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(057)-381/2024 saylı qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Salyan rayonu, Yuxarı Noxudlu qeydiyyatda olan və yaşayan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “SMS bildirişin” göndərilməsi barədə çıxarışın surətindən görünür ki, borclu Şəxs məxsus nömrəyə çağırış barədə SMS bildiriş göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13472/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, 22 noyabr 1978-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan borclu X7, 30 yanvar 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan borclu X5 və xx xxxxxx 1982-ci ildə ünvan 5ində anadan olmuş, ünvan 5i ünvanında qeydiyyatda olan Şəxs Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 29 ünvanında yerləşən "xxxx" MMC-nin xeyrinə 1177 ABŞ dolları əsas (qalıq) və ödənişin gecidkirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 177 ABŞ dolları cərimə, cəmi 1354 ABŞ dolları məbləğində borcu 20 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutulması qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, həmin icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icra şöbəsinə gəlməsi tələb olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4556/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər X4, X8 və Şəxs birgə qaydada xx.xx.2015-ci il tarixli 5 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 518 ABŞ dolları əsas borc, 50 ABŞ doları -- borcu olmaqla, cəmi 568 (beş yüz altmış səkkiz) ABŞ dolları (ödəniş gününə məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8.20 (səkkiz manat iyirmi qəpik) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, həmin icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icra şöbəsinə gəlməsi tələb olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(057)-2022/2015 saylı məhkəmə əmrindən görünür ki, Salyan rayonu, Noxudlu kəndində yaşayan Şəxs və Salyan rayonu, Noxudlu kəndində yaşayan, X1 müştərək qaydada kredit müqaviləsi üzrə 1000.71 manat əsas borc, 97,65 manat faiz borc, 53.85 manat cərimə borcu olmaqla, cəmi 1152.21 manat borcun və 20 manat məbləğində pul "xxxx" KB ASC-nin xeyrinə tutulması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş qəbzlərin surətindən görünür ki, iyul, avqust, sentyabr aylarında Şəxs tərəfindən Zərərçəkmiş şəxs adına 170 manat məbləğində pul göndərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra vərəqələrini icra etməmiş, bundan boyun qaçırmış, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1008/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1008/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver