Məhkəmə qərarları › İş №3(057)-1009/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1009/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1009/2024 08.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Ənnağı Məmmədli Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayonu DAM polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.2000-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Salyan Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində idarə etdiyi “Vaz 21063 minik” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayonu DAM polis baş leytenantı X5 protokolu müdafiə edərək bildirmişdir ki, inzibati xəta hadisəsi nəticəsində “Fiat Doblo minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5350 manat ziyan dəyməsi ziyan aktı ilə müəyyən edilmişdir. Həmçinin 1 ədəd A tipli svetoforun yararsız hala düşməsi nəticəsində 3311.08 manat ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hüquq və vəzifələri ona aydındır. Heç bir yerdə rəsmi qaydada işləməsə də, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Evlidir. 2 azyaşlı uşağı var. Maddi imkanı yaxşı olmadığına görə barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 bildirmişdir ki, idarə etdiyi “Fiat Doblo minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan şəhəri, M.Dadaşov küçəsində işıqforun yaşıl işığında hərəkətini davam etdirərkən X.R.Ulutürk küçəsində hərəkətdə olan “Vaz 21063 minik” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qadağanedici işığında keçərək onun maşının sağ tərəfindən toqquşmuşdur. Hadisə zamanı avtomobil sürüşərək işıqfor dirəyinə dəyib dayanmışdır. “Vaz 21063 minik” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sərxoş vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı onlar xəsarət almamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixdə, saat 01:00-da tərtib olunmuş İXP serialı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor-AZ817” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 01:40-da çap edilmiş qəbzdən görünür ki, qəbzdə alkoqol tərkibi 0.346 % olmuşdur. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor-AZ817” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 01:44-də çap edilmiş qəbzdən görünür ki, qəbzdə alkoqol tərkibi 0.000 % olmuşdur. xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Fiat Doblo minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsi əzilmiş, “Vaz 21063 minik” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi əzilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 01:00 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 21063 minik” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X.R.Ulutürk küçəsində hərəkətdə olduğu zaman işıqforun qırmızı işığına məhəl qoymayaraq keçmək istəyən zaman Məhərrəm Dadaşov küçəsində hərəkətdə olan “Fiat Doblo minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə vaxtı içkili olmuşdur. Avtomobillərə ziyan dəysə də, onlar xəsarət almamışdır. X1 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 01:00 radələrində idarə etdiyi “Fiat Doblo minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan şəhəri, M.Dadaşov küçəsində işıqforun yaşıl işığında hərəkətini davam etdirmək istədiyi zaman X.R.Ulutürk küçəsində hərəkətdə olan “Vaz 21063 minik” markalı, **- UF-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qadağanedici işığında keçərək onun maşının sağ tərəfindən toqquşmuşdur. Hadisə zamanı avtomobili sürüşərək işıqfor dirəyinə dəyib dayanmışdır. Avtomobillərə ciddi ziyan dəysə də, lakin bədən xəsarəti alan olmamışdır. BD 506215 saylı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. AE 529336 saylı sürücülük vəsiqəsindən görünür ki, X1 “B, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası “TƏBİB” X9 “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Şəxs ekspress-test üsulu ilə müayinə olunmuş, ekspress-test üsulunun nəticəsinə müvafiq olaraq müayinə zamanı şəxsin sidik nümunəsində narkotik və psixotrop maddələr müəyyən edilməmiş, nəticə neqativdir. “İnam-93” k/m tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, “İnam-93” k/m-nin avtoservisində “Fiat Doblo” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəzadan sonra baxış keçirilmiş və avtomobilə dəyən ziyanın ümumi məbləğinin 5350 manat olduğu müəyyən edilmişdir. Hüquqşünas M.Ağalarov, TİŞ-nin mühəndisi S.Rəhimova, mal-material üzrə mühasib A.Hüseynli, sahə rəisi A.Səfərovun iştirakları ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixində Salyan şəhəri, X.R.Ulutürk küçəsi ilə M.Dadaşov küçəsinin kəsişməsində “Vaz 2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, ərazidə quraşdırılmış 1 ədəd A tipli svetofor dirəyi, 1 ədəd piyada svetoforu və 1 ədəd təkraredici svetofor tam yararsız vəziyyətə düşməklə dirəyə 3311.08 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 08 oktyabr 2024-cü il tarixdə, saat 16:30-dan hesablansın, inzibati həbsin sonu 23 oktyabr 2024-cü il, saat 16:30 hesab edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan RPŞ-nə göndərilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar