Məhkəmə qərarları › İş №3(057)-1010/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1010/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1010/2024 21.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, X1 iştirakları ilə, 11 oktyabr 1961-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, Salyan Rayon Mərkəzi Xəstəxanasında Cərrahiyə şöbəsində tibb bacısı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 151 ünvanında yaşayan, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair barəsində tərtib edilmiş 05 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tenbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 11 oktyabr 2024-cü il tarixdə X4 şikayət ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlət Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 05 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlət Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən cərimə olunması barədə məhkəməyə şikayət verdiyini və hazırda qanunda nəzərdə tutulmuş qaydada şikayət müddətini ötürdüyünü, ona görə də, müddətlə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlət Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinə müraciət etməkdən ötrü şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlət Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, şikayəti və ona əlavə edilmiş materialı tədqiq edərək, məhkəmə hesab edir ki, X2 şikayəti geri qaytarılmalıdır. Belə ki, İXM-in 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. İXM-in 52.2-ci maddəsinə görə vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxs X4 inzibati xəta haqqında iş üzrə şikayətinə baxılmasını istəmədiyinə və həmin şikayətin qaytarılmasını xahiş etdiyinə görə şikayətə baxılmasına əsaslar yoxdur və şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 ərizəsi təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair barəsində tərtib edilmiş 05 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tenbeh vermə haqqında qərardan verdiyi şikayət X3 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar