Məhkəmə qərarları › İş №3(057)-1010/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1010/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1010/2025 09.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində AR Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 23 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 08 sentyabr 2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, inzibati xəta haqqında müəyyən edildi ki, xx.xx.2025-ci ildə saat 10:00 radələrində Şəxs özünə məxsus Xİ-1374 bort nömrəli üzmə vasitəsi ilə icazəsiz rejim sularına daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, material geri qaytarılmalıdır. Halbuki, AR İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3- 1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunur ki, İnzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda isə İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və İnzibati Xətalar Məcəlləsinin 227-ci, 232- 1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə inzibati araşdırma aparılır. Göründüyü kimi, istər vəzifəli şəxsin qərardadı, istərsə də prokurorun qərarı əsasında başlanmış inzibati araşdırma başa çatdıqda və inzibati xəta haqqında işin icraatına xitam verilməsi üçün əsaslar müəyyən edilmədikdə, həmin şəxslər tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunvericiliyin istisnasız tələbi kimi təsbit olunmuşdur. Məhkəmə həmçinin Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında da formalaşmış hüquqi mövqedən çıxış edərək, qeyd etməyi zəruri hesab edir ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad İnzibati Xətalar Məcəlləsinin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Belə olan halda hesab edilir ki, inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan qanunvericiliklə müəyyən edilmiş vaxta uyğun olaraq (48 saatadək müddətdə) məhkəməyə göndərilmədiyindən protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsini rəhbər tutub, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı AR Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən tərtib edilmiş 23 iyun 2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar