Məhkəmə qərarları › İş №3(057)-1018/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1018/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1018/2023 19.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1983-cü il tarixdə, Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 39-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-dən daxil olmuş Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1 tərəfindən tərtib edilmiş 19 oktyabr 2023-cü il tarixli, MN № 1883007/1078 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,232 qram xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək əldə edib üzərində saxlamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X2 cinayət işinin başlanmasmının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTBnin sahə rəisi polis leytenantı X1 tərəfindən tərtib edilmiş 19 oktyabr 2023-cü il tarixli, MN № 1883007/1078 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, uzun müddətdir narkotik vasitə qəbul edir, lakin bununla bağlı əvvəlki müddətdə məhkum olunmamışdir. Tutulduğu vaxtan 3-4 gün əvvəl Salyan şəhəri Babazanlı qəsəbəsində Kür çayı körpüsündən keçdiyi vaxt yerdə gördüyü qara rəngli büküm diqqətini cəlb etmiş, həmin bükümü götürüb baxdıqda içində “qara” kimi tanıdığı narkotik vasitə tiryək olduğunu görmüşdür. Həmin tiryəki istifadə etmək məqsədilə götürüb cibinə qoymuş, sonrakı müddətdə 1 dəfə üzərindən götürüb istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. 2023-cü il iyunun 27-də saat 20 radələrində Salyan şəhəri, A.Həsənov küçəsində özünə məxsus “VAZ 21015” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu vaxt təhlükəsizlik kəməri taxmadığı üçün ərazidə xidmət aparan yol polisi əməkdaşları ona “saxla” işarəsi vermişlər. Avtomobili dayandırdıqdan sonra ona yaxınlaşıb özlərini təqdim etmiş və sənədlərini təqdim etməyini xahiş etmişlər. Sürücülük vəsiqəsi olmadığı üçün polis əməkdaşlarına ancaq etibarnamə təqdim etmişdir. Lakin etibarnamənin də qüvvədə olma müddəti bitdiyi üçün polis əməkdaşları avtomobili Salyan Rayon Polis Şöbəsinin duracağına gətirməyini xahiş etmişlər. Polis əməkdaşları ilə birlikdə Salyan RPŞ-nə gəlmiş və avtomobil duracağa yerləşdirilmişdir. Bundan sonra polis əməkdaşlar ondan üzərində qanunla qadağan edilmiş əşya yaxud predmet olub-olmadığıni soruşduqları vaxt polis əməkdaşlarının onun üzərini axtara biləcəklərini düşünərək və üzərində tiryək olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu müstəntiqin xidməti otağına aparmışlar. Orada müstəntiq tərəfindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı narkotik vasitə tiryəki masanın üzərinə qoymuşdur. Onun üzərindən aşkar edilmiş narkotik vasitə tiryək bükümlə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,33 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş narkotik vasitə tiryək bükümlə birlikdə müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Törətdiyi xətaya görə peşmandır. Göstərilənləri nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Həmin qərardan həmçinin müəyyən olunur ki, məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 892 nömrəli rəyinə əsasən, Şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Həmin qərardan müəyyən olunur ki, göstərilən fakt üzrə məhkəmə-kimyəvi ekspertizasının 28 iyun 2023-cü il tarixli, 18/680 saylı rəyinə əsasən, tədqiqata təqditm edilmiş üzərində: « Şəxs üzərindən » sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd politelen kəsiyi bükümdə təmiz çəkisi – 0,232 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinin tələbinə əsasən dövriyyədən çıxarılmış əşyalar müvafiq müəssisələrə və ya idarələrə verilməlidir, yaxud məhv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, özünün etirafını, törətdiyi əməldən peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Şəxs Salyan RMX X6 narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan RMX X7 göndərilməlidir. İş üzrə maddi sübut olan və Salyan rayon Polis şöbəsində saxlanılan, təmiz çəkisi 0,232 qram xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək müvafiq qaydada məhv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan RMX X7 göndərilsin. İş üzrə maddi sübut olan və Salyan rayon Polis şöbəsində saxlanılan, təmiz çəkisi 0,232 qram xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək müvafiq qaydada məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar