Məhkəmə qərarları › İş №3(057)-1023/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1023/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1023/2023 26.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Mən Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Samir İsmayılzadə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsilə, 17 oktyabr 2023-cü il tarixli, MN № 1883008/1170 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs “Öz geyim” mağazasının qarşısındakı şüşəni daşla vurub sındırmışdır. İş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Salyan rayon PŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Samir İsmayılzadə tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan qanunvericiliyin bu tələbinə əməl etməmiş, inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halları və müsadirə olunmalı malların mövcudluğu, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olmadığı halda materiallar məhkəməyə göndərilmişdir. Həmin əsaslar olduğu halda bu barədə qəbul olunmuş qərardadda qeyd olunmalı, qərardad əsaslandırılmaqla həmin qərardad əsasında materiallar məhkəməyə göndərilə bilər. Bundan əlavə, təqdim edilmiş inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək “Öz geyim” mağazasının qarşısındakı şüşəni daşla vurub sındırması qeyd olunsa da, həmin maddənin dispozisiyasında əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya digər üsullarla onların korlanması qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsinə əsasən, əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya digər üsullarla onların korlanmasına görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. Eyni zamanda, sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olmayan formada tərtib olunmuşdur. Protokolda inzibati xətanın törədildiyi yer göstərilsə də, vaxt göstərilməmiş və bu xətanın mahiyyəti tam öz əksini tapmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat tam qeyd olunmamış, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi protokolda göstərilməmişdir. Protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin yaşadığı yerin ünvanı qeyd olunmamışdır. İnzibati xəta haqqında materiala Şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti və cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 sentyabr 2023-cü il tarixli qərar əlavə olunsa da bu, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi protokolda məlumatların tam və düzgün şəkildə göstərilməsindən azad etmir. Yuxarıda qeyd olunan səbəblərə görə həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar