Məhkəmə qərarları › İş №3(057)-1024/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1024/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1024/2023 14.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxsn barəsində Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq Salyan rayon məhkəməsinin binasında məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-yə məxsus “Yolüstü” yanacaq doldurma məntəqəsinin reklamları açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz yayımlanmışdır. Həmin faktla bağlı Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-nin direktoru və qanuni nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, MMC-nin hüquqi ünvanı ilə yerləşdiyi ünvanlar fərqli olduğu səbəbindən idarənin xəbərdarlığı ona çatmamışdır. Bir müddət sonra idarənin əməkdaşları tərəfindən o, telefon vasitəsilə məlumatlandırılmışdır. Hal-hazırda onun direktoru olduğu müəssisədə 30 yaxın işçi işləyir, əgər cərimələnsə maliyyə cəhətdən çətin vəziyyətə düşəcəkdir, belə olduqda da, işçilərdən hansınısa işdən azad etməli olacaqdır. Etdiyi əməli qanun pozuntusu kimi deyil səhlənkarlıq kimi qiymətləndirmiş, birdə olmayacağına söz vermiş və ptorokol əsasında veriləcək qərarı məhkəənin mülahizəsinə buraxıb yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımi şəkildə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəblərini məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. İş materiallarında olan inzibat xəta haqqında 10 oktyabr 2023-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-yə məxsus “Yolüstü” yanacaq doldurma məntəqəsinin reklamları açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz yayımlanması nəticəsində Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu fakt çəkilmiş fotoşəkillər ilə təsdiq edilmişdir. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli № 11-3-7/2-577/2023 saylı Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMCnin qanuni təmsilçisi X2 Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən göndərilən bildirişin surətindən görünür ki, Salyan rayonu Qızılağac kəndi Ələtünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-yə məxsus “Yolüstü” yanacaq doldurma məntəqəsinin reklamları açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz yayımlanması halı və tərtib edilmiş 000646 saylı akt məlumat üçün bildirilmiş, bu halın aradan qaldırılmasının təmin edilməsi üçün idarə tərəfindən 05 gün vaxt varilməsi və əks təqdirdə xx.xx.2023-cü il tarixində saat 12:00-da müvafiq protokolun tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan № 000646 saylı 25 avqust 2023-cü il tarixində tərtib edilmiş aktın surətindən görünür ki, Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-yə məxsus “Yolüstü” yanacaq doldurma məntəqəsinin reklamları açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz yayımlanması halı aşkarlnamış və müvafiq foto şəkilləri çəkilmişdir. İş materiallarında olan № 000646 saylı 25 avqust 2023-cü il tarixində tərtib edilmiş “Reklam Haqqında” Azərbaycan Respublikasının mövcud qanunvericiliyin pozulmasına dair icrası məcburi olan göstərişin surətindən görünür ki, Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən müvafiq göstəriş verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 230 saylı baxış aktından görünür ki, müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq qanunvericiliyə əsasən pozuntu aradan götürülməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 231 saylı aktdan görünür ki, idarənin əməkdaşları baxış keçirən zaman Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-nin hər hansı nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan 03 ədəd fotoşəkildən görünür ki, Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-yə məxsus “Yolüstü” yanacaq doldurma məntəqəsinə məxsus bir neçə reklam yol kənarı və digər yerlərdə quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli açıq məkanda reklam yerləşdirilməsinə dair İ**********0006, İ**********0008, İ**********0009, İ**********0007, İ**********0003, İ**********0004, İ**********0005, İ**********0001 və İ**********0002 saylı icazə kağızlarından və qoşma sənədlərindən görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-yə açıq mə\kanda reklam yerləşdirilməsinə dair Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən icazə verilmişdir. Beləliklə, məhkəmə Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-nin direktoru və qanuni təmsilçisi X1 izahatını dinləyib, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC bu hərəkətlə Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-yə məxsus “Yolüstü” yanacaq doldurma məntəqəsinin reklamları açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz yayımlanması ilə Azərbaycan Respublikasının “Reklam Haqqında” qanunun tələbləri olan açıq məkanda reklam yerləşdirilməsini normalarını pozmuş və Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, MMC inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının “Reklam Haqqında” Qanununa əsasən: 26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.1-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.2. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 26.2-1. Açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 26.2-2. Reklam yayıcısı, həmçinin: 26.2-2.1. reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; 26.2-2.2. reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. 26.2-3. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 26.3. Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər. 26.3-1. Şuşa şəhərinin ərazisində, habelə şəhərin mühafizə zonasında reklam yerləşdirilməsi “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 26.4. Yaşayış binasında yerləşdirilən reklam onun təhlükəsiz istismarına, mənzillərin havalandırılmasına, təbii işıqlandırılmasına mane olmamalı, sakinlərin rahatlığını pozmamalı, ətraf mühit üçün təhlükə törətməməlidir. 26.5. Açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır. 26.6. Reklam qurğularının yol kənarında yerləşdirilməsi standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.7. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının açıq məkanda yerləşdirilməsi qadağandır. 26.8. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. 26.9. Yol hərəkəti iştirakçılarına maneə törədən, onların həyat və sağlamlığına təhlükə yarada bilən reklam daşıyıcılarını yerləşdirmək qadağandır. 26.10. Bu Qanuna görə reklam yerləşdirilməsinə yol verilməyən ərazilərdə reklamın yerləşdirilməsi yalnız dövlət bayramlarında, beynəlxalq və dövlət tədbirlərində bu Qanunun 26.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla konkret dövr üçün nəzərdə tutula bilər. Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən qanuni təmsilçisi X1 əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Salyan rayonu Qızılağac kəndi Ələt-ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq MMC barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin minimum həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALİNDİ: Qarabağ Oil MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar