Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1031/2025 10.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Neftçala rayonu, Qırmızıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, ev 119-da yaşayan Şəxs barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində Zərərçəkmiş şəxs məxsus “Honor 90 Lite” markalı mobil telefonu oğurlayaraq ona 150 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X3 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs qiyabi olaraq tanıyır. Onunla arasında heç bir düşmənçilik və ədavət yoxdur. Hazırda Neftçala rayonu Qırmızıkənd kənd kəndində yaşayır. Evlidir, iki azyaşlı övladı var. Heç bir yerdə işləmir. Ailəsini dolandırmaqda çətinlik çəkir. 06 sentyabr 2025-ci il tarixdə yaşadığı evdə imiş. Həmin gün atasına məxsus olan “Opel astra” markalı, **-TO- *** dövlət qeydiyyat nişanlı avtomobilə minmiş və yaşadığı evdən çıxmışdır. Neftçala rayonu ərazisində yolda bir nəfər şəxsin dayandığını görmüş, həmin şəxsin yanında saxlamışdır. Şəxs Salyan şəhərinə getməsini bildirmiş, o da onu apara biləcəyini demişdir. Onlar oradan çıxmış, Salyan şəhərinə gəlmişlər. Belə ki, onun görüşü baş tutmadığı üçün onunla birgə Salyan rayonu Qaraçala qəsəbəsinə getmişdir. Oradan qayıdan zaman çay içmək üçün Qarabağlı kəndində yerləşən “Cənnət bağı” restoranında dayanmışlar. Orada olan zaman Müzəffərdən telefonunu istəmişdir. Müzəffər telefonunu ona vermiş, o, telefonla danışmışdır. Həmin zaman Müzəffər fasilə üçün getdikdə, o, telefonla birlikdə oradan uzaqlaşmışdır. Sonradan ona Müzəffərin onun barəsində müraciət etdiyi barədə məlumat verilmişdir. Müzəffərə məxsus olan mobil telefon “Honor 90 lite” markalı idi. O, həmin telefonu Müzəffərə qaytarmış və aralarında barışıq olmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 07 sentyabr 2025-ci il tarixdə Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda ailə üzvləri ilə birgə Neftçala rayonunda qeyd etdiyi ünvanda yaşayır. 06 sentyabr 2025-ci il tarixdə, saat təxminən 16 radələrində Neftçala rayonunda imiş. O, Salyan şəhərinə gələcəkmiş. Həmin zaman “Opel” markalı, boz rəngli avtomaşın yanında dayanmış və ona hara getdiyini soruşmuş, o isə Salyan şəhərinə gedəcəyini demişdir. Avtomaşında ikisindən başqa heç kim olmamışdır. Onlar Neftçala rayonundan hərəkətə başlamış, Salyan rayonu ərazisində təxminən Qaraçala qəsəbəsi kimi bildiyi yerdə yanacaq doldurma məntəqəsinə girmişlər. Oradan qayıdan zaman çay içmək üçün Qarabağlı kəndində yerləşən “Cənnət bağı” restoranında dayanmışlar. Özünü ona Bəhlul deyə təqdim edən şəxs ondan telefonu istəmiş, telefonu olmadığı üçün telefonla danışacağını demişdir. O da telefonunu ona vermişdir. Qısa fasilədən sonra qayıdan zaman şəxsin orada olmadığını və avtomaşının da orada olmadığını gördü. Belə ki, o, başqa mobil telefonla özünə məxsus olan telefona zəng etmişdir. Şəxs açaraq 5 dəqiqəyə gələcəyini bildirsə də, gəlməmişdir. Ona məxsus olan mobil telefon “Honor 90 lite” markalı telefon ona geri qaytarılmış, odur ki, Şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapsa da, zərərçəkmiş şəxslə barışması və ona dəyən ziyanın ödənilməsi ilə bağlı iradə ifadəsini özündə əks etdirən ərizəsi səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün tərtib olnmuş materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində Zərərçəkmiş şəxs məxsus “Honor 90 Lite” markalı mobil telefonu oğurlayaraq ona 150 manat maddi ziyan vurmuşdur. xx.xx.2025-ci il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan görünür ki, Şəxs “Opel Astra H minik” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili YPX-nin inspektoru tərəfindən yoxlanılaraq qəbul edilmişdir. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Mircəlal Ağalarov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Neftçala şəhəri M.Ə.Sabir küçəsi ev 6-da yaşayan Zərərçəkmiş şəxs 07 sentyabr 2025-ci il tarixdə Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Salyan rayonu Qarabağlı kəndində olan zaman bir nəfər tanımadığı şəxsin ondan telefonu danışmaq üçün almasını, fasilə verməyə gedib qayıdan zaman həmin şəxsin oradan uzaqlaşmasını və ona məxsus olan “Honor 90 lite” markalı üzərində ***-***-**-** saylı nömrə olan mobil telefonu aparmasını bildirmişdir. Zərərçəkmiş şəxs müraciəti 07 sentyabr 2025-ci il tarixdə Salyan rayon polis şöbəsində “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 1779 sayla qeydiyyata alınaraq icraatına daxil olmuşdur. Aparılmış araşdırma zamanı toplanmış material üzrə Neftçala rayonu Qırmızıkənd kəndində yaşayan Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi, eyni zamanda Neftçala rayonu Qırmızıkənd kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (xırda talama) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin X1 verilməsi barədə qərar qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd olunmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. xx.xx.2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, zərəçəkmiş şəxsin iş materiallarında olan yazılı izahatı və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutaraq, barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödəməsi və onunla barışması səbəbindən hesab edir ki, Şəxs barəsində başlanmış İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından azad edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1031/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1031/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver