Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1036/2023 06.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, ev 2A-da yaşayan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə barəsində Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Salyan Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan rayon Polis Şöbəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə MN seryalı № 1883047/1092 saylı 20 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X10 xx.xx.2023-cü il tarixdə saat təqribən 17 radələrində Salyan rayonu, Noxudlu kəndi ərazisində Əli, Ceyhun, Fərid və Firudin ilə birlikdə ov silahı ilə ov etmiş və çöl quşu göyərçin ovlayaraq inzibati xəta törətmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radədlərində Salmanlı kəndində piknik etmişlər. Onlar orda olarkən saat 17 radələrində polis əməkdaşları gəlmiş və onları tutub polisə aparmışlar. Polis əməkdaşları oraya gələrkən üzümlükdə tüfəng səsi gəlmişdir.Özü tüfənglə ov etməmiş, lakin tüfəngi avtomaşınında olmuşdur. Ov etmək üçün həm silaha dair sənədi və həmçinin ovçuluq bileti vardır.Özü ov etmədiyi üçün barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə elan elan olunmuş 23 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X1, X3, X6, X8 və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati tənbeh tədbirlərin görülməsi üçün qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilmiş, X2 və X4 hərəkətlərində hər hansı inzibati hüquqpozmanın əlamətləri müəyyən edilmədiyindən onların barəsində inzibatı icraatın aşlanılması rədd edilmiş, X1, X3, X6, X8, X5, X2 və X4 əməllərində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanılması rədd edilmiş, X7, X10 və X11 tərəfindən ümumilikdə cəmi 6 (altı) ədəd göyərçin quşunun qanunsuz olaraq ovlanması nəzərə alınmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinin məktubuna əsasən X1 qanunsuz olaraq ovladığı 4 (dörd) ədəd göyərçin quşuna görə təbiətə 22,0 manat, X5 qanunsuz olaraq ovladığı 1 (bir) ədəd göyərçin quşuna görə təbiətə 5,5 manat və X8 qanunsuz olaraq ovladığı 1 (bir) ədəd göyərçin quşuna görə təbiətə 5,5 manat zərər vurduqları nəzərə alınmışdır. Məhkəmə inzibati xətanı törətmiş şəxsi dinləyib, işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X9 məxsus inzibati xətanın obyekti olmuş 12 kalibrli, “Ata-armş” markalı, 12/D- 08833 nömrəli ov silahı müsadirə edilməməklə ona bir il müddətinə ov hüququ məhdudlaşdırılma inzibai tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-1036/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1036/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver