Məhkəmə qərarları › İş №3(057)-1036/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1036/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1036/2024 25.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib olunmuş 24 oktyabr 2024-cü il tarixli MN № 1988492/598 saylı inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə baxılması üçün 25 oktyabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib olunmuş 24 oktyabr 2024-cü il tarixli MN № 1988492/598 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Kürsəngi kəndində internet çəkmək üçün Zərərçəkmiş şəxs 140 manat məbləğində pul alaraq, geri qaytarmayaraq, sonuncunu aldaraq ona ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü tam təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, zərəri ödəmişdir. Zərəri ödəməsini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin polis sahə rəisi X3 izahatında göstərdi ki, Təhqiqat Bölməsinə daxil olmuş material əsasında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü tam təqsirli bilir. Salyan RPŞ-nin TB-in təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 24 oktyabr 2024-cü il tarixli qərardan şikayət etməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ondan aldığı pulu qaytarmayıb, vəd edibdir ki, ayın sonuna kimi aldığı pulu qaytaracaqdır. Namiqin onu aldadıb pulunu verməyəcəyini ehtimal etsə də onu bağışlayır, Namiqə qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, ona dəymiş zərər tam olaraq ödənildiyi üçün şikayət və tələblərinin olmadığını bildirərək ərizənin nəzərə alınmasını və işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Salyan RPŞ-nin TB-in təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Salyan rayon, Kürsəngi kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-in “102” Xidməti-X6 zəng edərək verdiyi məlumatı əsasında toplanmış meterial üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Salyan RPŞ-nin X1 göndərilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” AZA seriyalı 020076 nömrəli, 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 24 oktyabr 2024-cü il tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapsa da, zərər çəkmiş şəxslə barışması və ona dəyən ziyanın ödənilməsi ilə bağlı iradə ifadəsini özündə əks etdirən ərizəsi səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsin zərər çəkmiş şəxsə dəyən ziyanın tamamilə ödəməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 24 oktyabr 2024-cü il tarixli MN № 1988492/598 saylı inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından azad edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar