Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1036/2025 16.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Lerik rayonu, Livədirqə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işsiz, Salyan rayonu Alçalı kəndində yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 16 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1039/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borclu Ağayeva (Zaidova) Mətanət Hacıəli qızı azyaşlı Elcan Zaidzadənin atası Zərərçəkmiş şəxs ilə ünsiyyəti təmin etməmişdir. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxsla birgə nikahlarından Elşən və Elcan adlı iki uşaqları doğulmuşdur. Azyaşlı oğlu Elşən atası ilə birgə yaşayır. Elcan 2024-cü il dekabr ayından onunla olduğuna görə yenidən ailə qurub Bakıya köçdüyü üçün ünsiyyət verə bilməmişdir. Bakı şəhərinə köçdüyü vaxtadək atası Zərərçəkmiş şəxs uşağı ilə görüşməsinə şərait yaratmış, lakin köçdükdən sonra atası uşaqları ilə maraqlanmamışdır. Uşaqlarının atası ilə görüşməsinə heç vaxt imtina etməmiş və bundan sonra da etməyəcəkdir. İcra şöbəsi tərəfindən bununla bağlı ümumiyyətlə çağrılmamış, qərarın icrasından boyun qaçırmamışdır. Axtarışa verilməsinə səbəb ailə həyatı qurduqdan sonra ünvanı dəyişməsi olmuşdur. Lakin buna baxmayaraq, heç vaxt qərarın icrasından boyun qaçırmamış, əksinə atası ilə övladının ünsiyyət hüququnun təmin olunmasını istəmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, dəfələrlə Şəxs yaşadığı evə getsə də, Mətanətin atası onun uşaqla görüşməsinə maneə yaradaraq onu qapıdan qovmuşdur. Odur ki, Şəxs azyaşlı övladı ilə ünsiyyət hüququna yaratdığı maneənin aradan qaldırılmasını bildirərək, Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçıları dinləyib, inzibati materialda olan sənədləri və icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-1039/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs uşaqları-xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-a, Yeni il, Novruz və Qurban bayramı günlərinin birinci günü saat 10:00-dan 18:00-a kimi ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qərara alınmışdır. “İcraata başlama haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1039/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya dərhal tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu X2 ünvanlanmış xx.xx.2023cü il tarixli bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1039/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, X1 Rayon Məhkəməsinin 2(057)-1039/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin edilməsi və xx.xx.2023-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməyi tələb olunmuşdur. Zərərçəkmiş şəxs Salyan rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1039/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü Elşən və xx.xx.2015-ci il təvəllüdlü Elcan ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-a, Yeni il, Novruz və Qurban bayramı günlərinin birinci günü saat 10:00dan 18:00-a kimi ünsiyyətdə olmağı təmin edilmişdir. xx.xx.2024-cü il tarixdən Zahidli Elşən oğlu yanındadır. Digər oğlu Zaidzadə Elcan ilə 2024-cü il tarixdən ünsiyyəti təmin olmuşdır. Lakin 2025-ci il tarixdən etibarən Elcan Zaidzadə ilə ünsiyyətdə ola bilməmişdir. Azyaşlı oğlu Elcanla ünsiyyət qurmağına köməklik etməsinə sizdən xaiş etmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Zaidova (Sadıxova) X6 Rayon Məhkəməsinin 2(057)-1039/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin edilməsi və xx.xx.2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməyi tələb olunmuşdur. Zərərçəkmiş şəxs Salyan rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1039/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Elşən və Elcanla hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-a, Yeni il, Novruz və Qurban bayramı günlərinin birinci günü saat 10:00-dan 18:00-a kimi ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Elşən Zaidli xx.xx.2024-cü il tarixdən indiyə kimi onların yanındadır. X13 9 aydır ki, görüşə bilmir. Şəxs yaşadığı ünvanı dəyişdirərək uşağı naməlum istiqamətə apararaq onunla görüşməsinə imkan vermir. Azyaşlı oğlu Zaidzadə Elcanla ünsiyyət hüququ təmin edilməsindən ötrü Zaidova (Sadıxova) Mətanət Hacıəli qızının barəsində axtarış verməsinə sərəncam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci tarixli “borclunun axtarılması barədə” qərarın surətindən görünür ki, borclu xx.xx.1987-ci ildə Lerik rayonu, Livədirqə kəndində doğulmuş və Salyan rayonu Alçalı kəndində qeydiyyatda olan Zaidova (Sadıxova) Mətanət Hacıəli qızının barəsində axtarış elan edilməsi qərara alınmışdır. Borclu Ağayeva (Zahidova) Mətanət Hacıəli qızının Salyan rayon icra və probasiya şöbəsinə verdiyi izahatın surətindən görünür ki, azyaşlı uşaqları Elcan və Elşən - X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-a kimi, Yeni il, Novruz və Qurban bayramı günlərinin birinci günü saat 10:00-dan 18:00-a kimi ünsiyyətdə olmaq hüququ olmuşdur. Məhkəmə qərarının icrası ila bağlı bildirir ki, azyaşlı oğlu Elşən atası ilə birgə yaşayır. 2024-cü il dekabr ayından Elcan onunla olduğuna görə ailə qurub Bakıya köçdüyü üçün ünsiyyət verə bilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə müəyyən edildi ki, Şəxs barəsində tərtib olunmuş protokol əsassızdır. Belə ki, məhkəmə qərarı ilə müəyyən olunmuş ünsiyyət hüququnun təmin edilməsindən imtina etməmş, hətta 2024-cü ilin dekabr ayınadək uşaq atasının yanında olmuş, sadəcə qadının Bakı şəhərinə köçməsi səbəbindən obyektiv şərait ucbatından müvəqqəti icra edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında da bildirmişdir ki, uşağın atası ilə ünsiyyətinə qəsdən mane olmamış, icra prosesindən yayınmamışdır. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq icra məmuru Şəxs barəsində axtarış qərarı qəbul edildiyi üçün protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, icra məmuru xx.xx.2023-cü il tarixdə iş üzrə icraata başlama haqqında qərar qəbul etməklə tələbin könüllü icrası barədə borcluya sadəcə bildiriş göndərilməklə kifayətlənmişdir. Bundan başqa, tələbin könüllü icra müddəti keçməsinə baxmayaraq onun barəsində icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri ilə bağlı heç bir tədbir görülməmiş, icra sənədinin icra edilməsindən qərəzli olaraq boyun qaçırıb-qaçırmaması araşdırılmamış, sadəcə olaraq borclunun yaşayış ünvanını dəyişməsi səbəbi ilə axtarış elan edilmişdir. Axtarış materialları əsasında protokol tərtib olunmuş, lakin araşdırma zamanı məlum olmuşdur ki, qadın uşağın atası ilə ünsiyyət hüququnu qəsdən pozmamış, yalnız yaşayış yerini dəyişdiyi üçün icra müvəqqəti mümkün olmamışdır. İcra məmuru tərəfindən heç bir icra tədbiri görülmədən, yalnız “axtarışla gəlməsi” səbəbindən protokol tərtib olunmuşdur ki, bu da qanunauyğun hesab edilə bilməz. Odur ki, məhkəmə bu hallarə nəzərə alaraq qeyd edir ki, iş üzrə üzrsüz səbəbdən qəsdən icradan yayınma tərkibi mövcud deyil və iş üzrə icraata bu səbəbdən xitam verilməlidir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs icra sənədinin icra edilməsindən qərəzli olaraq boyun qaçırmaması müəyyən edildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1036/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1036/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver