Məhkəmə qərarları › İş №3(057)-1037/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1037/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1037/2025 17.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğllunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Salyan rayonunun P.Gəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Salyan rayonunun Qırxçıraq qəsəbəsində qeydiyyatda olub həmin ünvanda yaşayan Şəxs haqqında Salyan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mirtaleh Muradlı tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 17 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 17 sentyabr 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-210/2023 saylı 28 aprel 2023-cü il tarixli və Salyan Rayon Məhkəməsinin 2(057)-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqələri üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, qeyd olunan icra sənədləri üzrə qanunda nəzərdə tutulmuş müddətlərdə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, bildiriş və xəbərdarlıqlaq göndərilmişdir. Borclu icra sənədləri üzrə borcunu tam qaydada ödəməmişdir. Bakı Apellyasiya Məhkəməsinin müvafiq icra vərəsəqis üzrə hal-hazıradək təxminən 4000 manat bəbləğində ödəniş etmiş, digər icra vərəqəsi üzrə cehiz əmlakları tam şəkildə qaytarsa da, qızıl-zinət əşyalarına münasibətdə olan 10410 manat borcundan da təxminən 3000 manat ödəniş etmiş, qalan borcunu ödəməmişdir. Sonuncu dəfə icra şöbəsinə çağırmaq istədiyimizdə yaşayış yerinə olmadığından polis şöbəsinə məlumat verilmiş və polis əməkdaşları tərəfindən İcra və Probasiya şöbəsinə gətirilmiş, orada izahatı alınarkən himayəsində xəstə valideynlərinin olması səbəbindən borcunu birdəfəlik şəkildə deyil , hissə-hissə qaytara biləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, qeyd olunan icra vərəqələrinin hər biri üzrə müəyyən ödənişlər etmişdir. Borcunu ödəməkdən qərəzli şəkildə yayınmır, atasının xəstəliyi ilə əlaqədar ay ərzində təxminən 2000 manat pul müalicə məqsədi ilə xərclənilir, bundan başqa digər öhdəlikləri var, birgə nikah dövründə götürdükləri krediti ödəyir, bununla bərabər aliment ödəyir. Məhkəmə qətnaməsinə əsasən cehiz əmlakı tam şəkildə qaytarmış, həmçinin alimenti vaxtında ödəyir, yalnız qızıl-zinət əşyaları ilə bağlı olan borcu tam şəkildə ödəməsə də, müəyyən hissəsini ödəmişdir, həmin ödənişlərlə bağlı qəbzləri təqdim edir. Digər icra vərəqəsi üzrə etdiyi ödənişlərə dair qəbzləri məhkəməyə təqdim etmişdir. İcra və Probasiya şöbəsinə vaxtında gəlməməyilə bağlı icra məmumrunun dediklərinə münasibətdə isə bildirirki, bu barədə deyilənlər həqiqətə uyğun deyildir, belə ki, o, həmişə çağırışlara vaxtında gəlmiş, yalnız məlumatlı olmayanda gəlməyə bilər, təxminən on beş gün əvvəl barəsində məcburi gətirilmə ilə bağlı məhkəməyə verilmiş təqdimatla bağlı məhkəməyə gəlmişdir, əgər icra şöbəsindən çağırışı ilə bağlı xəbərdar olsaydı çağırışa gedəcəkdi. Qeyd olunanları nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri və icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-210/2023 saylı 28 aprel 2023-cü il tarixli iocra vərəqəsindən görünür ki, Şəxs 18539.63 manat pul tutularaq "xxxx" MMC-yə ödənilmədilir. Salyan Rayon Məhkəməsinin 2(057)-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs qızıl-zinət əşyalarına görə 10410 manat pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməli, həmçinin sonuncunun cehiz əmlakı ona qaytarılmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-210/2023 saylı 28 aprel 2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada təqdim edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2025-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada təqdim edilmişdir. 25 avqust 2025-ci il tarixdə Şəxs “Xəbərdarlıq” göndərilmiş, həmin xəbərdarlığın borcluya çatıb-çatmamaıs barədə qeyd yoxdur. 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, borclu barəsində axtarış elan edilmişdir. Salyan rayon X3 rayon İcra və Probasiya şöbəsnə ünvanlanmış məktubdan görünür ki, barəsində axtarış işi açılan Şəxs 17 sentyabr 2025-ci il tarixdə İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan borclunun izahatında görünr ki, o, borcunu etiraf edir, müəyyən ödənişlər etdiyini, bundan sonra sonra hissə-hissə borcunu ödəyəcəyini, həmçinin ayda 700 manat aliment ödədiyini bildirmişdir. Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli bildirişlərin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-210/2023 saylı 28 aprel 2023-cü il tarixli və Salyan Rayon Məhkəməsinin 2(057)-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. 18 aprel 2025-ci il tarixli aktdan görünr ki, tələbkarın cehiz əmlakı ona qaytarılmışdır. Məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görürn ki, Şəxs xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat və xx.xx.2025-ci il tarixdə 1000 manat olmaqla ümumilikdə 4500 manat pulu MKT İstehsalat Kommersiya MMC-yə ödəmişdir. Məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görürn ki, Şəxs xx.xx.2025-ci il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə 715 və 350 manat, xx.xx.2025-ci il tarixdə isə 1000 manat olmaqla ümumilikdə 3065 manat pulu tələbkar Zərərçəkmiş şəxs1 ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla borclu Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Təqdim olunmuş ödəniş qəbzlərindən də göründüyü kimi borclu bir il ərzində hər iki icra sənədləri üzrə ödənişlər etmiş, həmin ödənişlərin bir hissəsi isə borclunun barəsində hazırki təqdimatla məhkəməyə müraciət olunduğu vaxtdan qısa müddət əvvəl olmuşdur. Qeyd olunanları nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs hər ay 700 manat aliment ödəməsinə və digər öhdəliklərinə baxmayaraq icra sənədləri üzrə borcunu ödəməyə çalışmış, bununla da hərəkətlərində qərəzli olmadığını sübuta yetirmişdir. Yuxarıda qeyd olunanları və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə icra sənədinin icra edilməməsində üzürsüz səbəb müəyyən olunmadığından borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar