Məhkəmə qərarları › İş №3(057)-1038/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1038/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1038/2023 06.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İnzibati xəta törətmiş şəxs X5 iştirakı ilə Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli, MN 1883041/065 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli, MN 1883041/065 nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs 10 sentyabr 2023-cü ildə Salyan rayonu, Noxudlu kəndi ərazisində çöl quşları ovlayaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, 10 sentyabr 2023-cü ildə saat təqribən 17 radələrində dostları Fərid, Əli, Mahir, Səbuhi və Kamillə birlikdə Sabirabad rayonu, Salmanlı kəndi ərazisində Kür çayının kənarında çörək yeyərək piknik etmişlər.Özünün beşatılan ov silahı və həmçinin ovçuluq bileti vardır.Həmin vaxt ov silahı onda olmuş, lakin koburasından çıxarmamışdır.Qeyd olunan vaxt 015 markalı avtomaşınla iki polis nəfəri onlara yaxınlaşmış, onları polis şöbəsinə dəvət etmişlər.Əks təqdirdə onların arxasınca əməliyyat qrupunun gəlməsini bildirmişlər.Onların olduqları ərazinin Sabirabad rayonunun ərazisi olmasını bildirmələrinə baxmayaraq, polis əməkdaşları onların dediyinə heç bir əhəmiyyət verməmişlər.Onları saat 18 radələrində polisə gətirmiş və saat 24-ə kimi orada saxlamışlar.Polis şöbəsində onlar 6 saat bir otaqda saxlanılmış,onlara işgəncə verilmiş və onları dar bir otaqda saxlamışlar.Onlardan izahat tələb edərək, silahları götürmüşlər.Daha sonra avtomaşınında axtarış aparmışlar.Özü silahdan istifadə etməmiş və heç bir quş ovlamamışdır.4 ədəd quş vurulmuş, lakin kimin vurması barədə məlumatı yoxdur.Ov etmək barədə icazəsi olmamışdır. Odur ki, qanuna müvafiq qaydada qərar qəbul olunmasını xahiş edir. Məhkəmədə elan olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X6 tərəfindən tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi və inzibati tənbeh tədbirinin görülməsi haqqında 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X1, X2, Şəxs, X11 və X7 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati tənbeh tədbirlərin görülməsi üçün qərarın surəti Salyan RPŞ-nin İTB-yə göndərilmiş,X3 və X4 hərəkətlərində hər hansı inzibati hüquqpozmanın əlamətləri müəyyən edilmədiyindən onların barəsində inzibati icraatın başlanması rədd edilmiş,X8, X9,Şəxs,X14, X12,X10 və X4 əməlləində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanması rədd olunmuş, X8,X12 və X14 tərəfindən ümumilikdə cəmi 6 ədəd göyərçin quşunun qanunsuz ovlanması nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN-nin BİTİ-i tərəfindən verilmiş 2421 saylı şəhadətnaməyə əsasən 14 noyabr 2022-ci ildə Şəxs 12 kalibrli, “Ata-armş” markalı, 78- H21YT-004419 nömrəli yivsiz lüləli ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vermiş olduğu 2337 saylı ovçuluq biletindən görünür ki,etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan Şəxs adına ovçuluq bileti verilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs X13 dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, Şəxs hərəkətlərində qeyd olunan inzibati xətanın tərkibi var, və o həmin xətaya görə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs məxsus inzibati xəğanın obyekti olmuş 12 kalibrli, “Ata-armş” markalı, 78- H21YT-004419 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilməməklə ona bir il müddətinə ov hüququ məhdudlaşdırılma inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar