Məhkəmə qərarları › İş №3(057)-1039/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1039/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1039/2023 24.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Vəkil, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 03, mənzil 01-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokolda qeyd olunmuşdur ki, sonuncu Salyab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1104/2023 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs 99000 manat pulu ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1104/2023 saylı icra vərəqəsi ilə razılaşmır, həmin borcun onun olmadığını bildirərək, əlavə olaraq özünün ailənin yeganə qazanc gətirəni olduğunu, ərinin işsiz olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi.Eyni zamanda özü sosial xidmətdə işləyir və 600 manat əmək haqqı alır. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərmişdir ki, borclu icra sənədi üzrə borcunu tam olaraq ödəməmiş və 99000 manat borclu qalmışdır. Zərərçəkmiş şəxs şikayətçidir, borcunu tam tələb edir. Tələbkar tələbin borclunun əmək haqqısına yönəldilməsi ilə razılaşmamışdır.Tələbkar pulunu tam tələb edir. Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu pulunu ödəmir, həmin səbəbdən özü pis vəziyyətə düşmüşdür.Pulunu ödəmirsə ona inzibati qaydada həbs tətbiq olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili Vəkil sonuncunun himayəsində iki azyaşlı uşağının olduğunu və maddi imkanı olmadığı üçün pulu ödəyə bilmədiyini, icra məmurunun çağırışına vaxtında gəldiyini və Şəxs hərəkətlərində qərəz olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmurunu dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs himayəsində xx.xx.2014-cü ildə anadan olmuş Fatimə və xx.xx.2016-cı ildə anadan olmuş Ruqiyyə adlı iki azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalı, məsuliyyətini ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin uzun müddət icra olunmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdu ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 500 manat miqdarında cərimə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar