Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1046/2024 31.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs İbrahimov Şərafətdin Nüsrət oğlunun iştirakları ilə xx.xx.1974-cü il tarixdə Salyan rayonu, Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 31 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 31 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(057)-895/2015 saylı icra vərəqəsinə əsasən 4000 manat borcdan 2417 manat borcu, xx.xx.2015-ci il tarixli, 2(057)-1262/2015 saylı icra vərəqəsinə əsasən 11398 manat borcdan 11298 manat borcu, xx.xx.2022-ci il tarixli, 2(057)-1690/2022 saylı icra vərəqəsinə əsasən 845.95 manat pulu Şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 göstərmişdir ki, borclunun barəsində Salyan rayon İcra və Probasiya Şöbəsinin icraatında 3 icra sənədi vardır. Borclu icra sənədləri üzrə borcları tam qaydada ödəməmişdir. Bununla bağlı borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol qəbul edilərək, məhkəməyə verilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(057)-1134/2023 saylı qərarı ilə inzibati qaydada inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Bundan sonrakı dövrdə borclu icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Ödəniş etməməsinin səbəbini işsiz olduğu ilə əlaqələndirmişdir. Sonradan çağırışa gəlmədiyi üçün və yaşayış yerini dəyişdiyi üçün barəsində axtarış qərarı vermişdir. Borclu xx.xx.2024-cü il tarixdə icra şöbəsinə gəlmişdir. Tələbkarlar şikayətçidilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, işsiz olduğu üçün tələb olunan borclarını ödəməmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(057)-895/2015 saylı icra vərəqəsinə əsasən 4000 manat borcdan qismən ödəmişdir. İşsiz olduğundan digər icra vərəqəsi üzrə borcundan bu günə kimi ödəniş edə bilməmişdir. Hazırda işləmir. Məhkəmədən ona köməklik olunmasını və barəsində inzibati cərimə tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(057)-895/2015 saylı icra vərəqəsinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Şəxs qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Şəxs 4000 manat borc pulun alınaraq, iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(057)-1262/2015 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Şəxs qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Şəxs 11398 manat pulun alınaraq, iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1690/2022 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Şəxs qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Şəxs 845.95 manat məbləğində pulun alınaraq, iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(057)- 1134/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan 31 oktyabr 2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, icra sənədləri barədə xəbərdardır. Borcunu hər ay hissə-hissə olmaqla, ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın kanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə alınır və ya işin hallerine görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmənin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini uzun müddət ərzində üzrsüz səbəbdən yerinə yetirməməklə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(057)- 1134/2023 saylı qərarı ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(057)- 895/2015 saylı, xx.xx.2015-ci il tarixli, 2(057)-1262/2015 saylı və xx.xx.2022-ci il tarixli, 2(057)-1690/2022 saylı icra icra sənədi üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaradır. Digər tərəfdən, Şəxs icra sənədi üzrə borcu tam ödəmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Ona görə də, Şəxs törətdiyi inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, cəriməyə cəlb ediləcəyi təqdirdə bu tənbeh tədbirini də icra etməkdən boyun qaçıracağı ehtimalını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə qətnamələrinin uzun müddətdir ki, tam icra olunmamasını və tələbkarların şikayətçi olmalarını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli ona 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 31 oktyabr 2024-cü il tarixdən, saat 12:00-dan hesablanmaqla, inzibati həbsin sonu 15 noyabr 2024-cü il tarix, saat 12:00 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1046/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1046/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver