Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1053/2025 01.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyyatları X9 İstifadəsinə və X5 Xidməti 4 saylı X2 nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X1 daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X2 böyük məsləhətçi müfəttişi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsi ilə 17 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən 17 sentyabr 2025-ci il tarixdə Şəxs tərəfindən Salyan rayon Qarabağlı kəndi ərazisində 17 sentyabr 2025-ci il tarixində avtoyuma sexində formalaşan maye tullantıların təyinatsız olaraq kənara axıdılması, nəticədə Su Məcəlləsinin 103-cü maddəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X2 nümayəndəsi X6 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, tərəflərindən keçirilən tədbir zamanı Salyan rayon Qarabağlı kəndi ərazisində 17 sentyabr 2025-ci il tarixində avtoyuma sexində formalaşan maye tullantıların təyinatsız olaraq kənara axıdılması faktı öz təsdiqini tapmışdır. Şəxs iştirakı ilə protokol tərtib olunmuş, həmin protokolla tanış olmuşdur.Tullantıların axıdıldığı kollektor kənd sakinləri tərəfindən qazılmış və heç bir çıxışı olmayan kor kollektordur. Avtoyumadan birbaşa boru ilə maye tullantıları həmin kollektora axıdılır. Ona görə də, məhkəmədən qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, suyu həmin ərazidə yaşayan şəxslər tərəfindən daha öncələr qazılmış qrunt sularının axıdılması üçün kollektora axıdır. Lakin həmin hərəkətlərə yol verməli olmamasından xəbərsiz olmuşdur. Həmin kollektorun həcmi böyükdür və su özü çəkilib gedir. İnzibati xətanı törətmişdir. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 000853 saylı, 17 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, 4 saylı X2 15 sentyabr 2025-ci il tarixli İİ nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonu, Qarabağlı kəndi ərazisində Salyan- Şirvan avtomobil yolunun sağ kənarında avtomobillərin yuyulması xidmətinin həyata keçirildiyi sexdə fəaliyyət zamanı formalaşan maye tullantıların obyektin arxa hissəsindəki qazılmış əraziyə axıdıldığı müşahidə olunmuşdur. Tərəflərindən aparılan araşdırma ilə avtoyuma sexinin Salyan rayon Qarabağlı kənd sakini Şəxs istifadəsində olduğu müəyyən edilmişdir. O, sexin yeni inşa olunduğunu, sexin fəaliyyətində formalaşan maye tullantıların arxa tərəfdə qazılmış çökək əraziyə axıdıldığına dair izahat vermişdir. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Salyan rayonu Qarabağlı kəndi ərazisində istifadəsində olan avtoyuma sexi var. Avtoyuma sexinin fəaliyyətində formalaşan maye tullantılar obyektin arxa tərəfində qazdıqları yerə axıdılır. Obyekt yeni istifadəyə verilmişdir. Maye tullantıların qeyd olunan formada axıdılmasının qanun pozuntusu olduğunu bilməmişdir. Törətdiyi əməli səmimi etiraf edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-1053/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1053/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver