Məhkəmə qərarları › İş №3(057)-1054/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1054/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1054/2025 03.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, xx.xx.1980-ci il təvəllüdlü, Salyan rayonunun Peyk kəndində qeydiyyatda olub həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 4 saylı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 264.0.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 08 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisi, xx.xx.2025-ci il F4 kanalının mühafizə zonasında tullantı suların toplanılması üçün şambo inşa etmiş, su mühafizə zonaları ilə bağlı tələblərə əməl etməmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə telefon əlaqəsi saxlnılmış, o, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini , protokolla razılaşdığını bildirərək, inzibati xəta etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 4 saylı X2 etibarnamə üzrə nümayəndəsi-böyük məsləhətçi Nümayəndə da qeyd olunanları təsdiq edərək protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 08 iyul 2025-ci il tarixli 000806 nömrəli aktdan görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən suvarma kanalının yaxınlığında inşa edilmiş ət satışı mağazasına və mağazaya aid sanitar qovşağına baxış keçirilmişdir. Araşdırma zamanı həmin obyektin istifadəçisi Şəxs obyekti heç bir müqavilə olmadan həmkəndlisindən alaraq istifadə etdiyini, hazırda vergi ödəyicisi olmadığını yazılı izahat verərək bildirmişdir. Ona Azərbaycan Respublikası NK-nin 24 mart 2000-ci il tarixli 56 nömrəli qərarının tələblərinin pozduğu izah olunmuşdur. 08 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisi, xx.xx.2025-ci il F4 kanalının mühafizə zonasında tullantı suların toplanılması üçün şambo inşa etmiş, su mühafizə zonaları ilə bağlı tələblərə əməl etməmişdir. 08 iyul 2025-ci il tarixli, MN ******* nömrəli qərardaddan görünür ki, inzibati xəta üzrə tərtib olunmuş protokol baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. 28 avqust 2025-ci il tarixli 03 nömrəli prtokoldan görünür ki, Şəxs inzibati xəta haqqında icraat aparılması ilə əlaqədar onun hüquq və vəzifələri ona izah edilmiş və o, həmin protokolu imzalamışdır. Şəxs izahatından görünür ki, o, Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində həmkəndlisinə məxsus ət mağazasında işləyir, aralarında heç bir müqavilə yoxdur. Vergi ödəyicisi deyil. Obyektə dair adında VÖEN yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 264.0.3-cü maddəsinə əsasən, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 264.0.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar