Məhkəmə qərarları › İş №3(057)-1055/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1055/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1055/2024 05.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs Buludxan oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyev İbrahim Allahverdi oğlunun iştirakları ilə, xx.xx.1992-ci ildə Salyan rayonu, Yenikənd kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Salyan Rayon Polis Şöbəsindən daxil inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Salyan Rayon Polis Şöbəsindən (bundan sonra – Salyan RPŞ) məhkəməyə daxil olmuş 05 noyabr 2024-cü il tarixli MN № 1988441/613 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:15-də Salyan rayonu, Xalac kəndində Zərərçəkmiş şəxs Buludxan oğlu ilə evinin yaxınlığında küçədə mübahisə edərək onu döymüşdür. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 göstərmişdir ki, Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş və Şəxs və Zərərçəkmiş şəxs Buludxan oğlunun əmələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan RPŞnin X1 göndərilmişdir. Bununla bağlı tərəfindən hər iki şəxs barəsində, o cümlədən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə 05 noyabr 2024-cü il tarixli MN № 1988441/613 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində tərtib olunmuş protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, özünü təqsirli bilir. Törətdiyi əməldən peşmandır. xx.xx.2024-cü il tarixdə, saat 23:15-də Salyan rayonu, Xalac kəndində küçədə Zərərçəkmiş şəxs Buludxan oğluna onun evinin yaxınlığında yaxınlaşaraq mübahisə edərək, bir-birlərini vurmuşlar. Həmin vaxt hər ikisi sərxoş olmuşdur. Mübahisənin səbəbi əvvəllər aralarında torpaqla bağlı çəpər mübahisəsi olmuşdur. Həmin vaxtdan aralarında fikir ayrılığı qalmışdır. Hazırda Zərərçəkmiş şəxs Buludxan oğlu ilə barışmışdır. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Buludxan oğlu ərizə təqdim edərək bildirmişdir ki, Şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:15-də Salyan rayonu, Xalac kəndində ailəsi ilə birlikdə qohumugildən evlərinə gələn zaman küçədə evinin yaxınlığında Şəxs arxadan ona yaxınlaşaraq onu nalayiq sözlərlə söyərək mübahisə etməyə başlamışdır. Həmin vaxt hər ikisi sərxoş olmuşlar və bir-birlərini vurmuşlar. Mübahisənin səbəbi əvvəllər aralarında torpaqla bağlı çəpər mübahisəsi olmuşdur. Həmin vaxtdan aralarında fikir ayrılığı qalmışdır. Şəxs ilə barışmışdır. Buna görə də Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, toplanmış material üzrə Şəxs və Zərərçəkmiş şəxs Buludxan oğlunun qarşılıqlı müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs Buludxan oğlunun əmələrində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan RPŞ-nin X1 göndərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi özünün etirafı, zərər çəkmiş şəxsin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla, 05 noyabr 2024-cü il tarixli MN № 1988441/613 saylı inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxshəmin hərəkəti ilə İXM-in 157-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Buludxan oğlunın ərizəsindən görünür ki, onlar barışmışlar, zərər çəkmiş şəxsin Şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və sonuncunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. İXM-in 53.1, 53.1.9-cu maddələrinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Buludxan oğlu ilə barışdığından onun barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş 05 noyabr 2024-cü il tarixli MN № 1988441/613 saylı inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar