Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1056/2024 05.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Salyan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan rayonu, Xələc kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024cü il tarixli, MN 1988440/614 nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:15-də Salyan rayonu, Xələc kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə evin yaxınlığında küçədə mübahisə zamanı onu döymüşdür. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 08 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin "102" xidmətindən rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda, Salyan rayon Xalac kəndində yaşayan Şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək, xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında küçə qapısından kənarda qonşusu Zərərçəkmiş şəxs tərəfindən döyülməsi barədə məlumat verməsi göstərilmisdir. Həmin məlumat ilə əlaqədar rayon polis şöbəsinin istintaq əməliyyat qrupu dərhal hadisə yerində olmuş, Salyan rayon Xalac kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə ərizeə ilə müraciət edərək göstərmisdir ki, 08 sentyabr 2024-cü il tarixdə saat 23:15-də qohum evindən yaşadığı ünvana gedərkən küçədə sərxoş vəziyyətdə olan qonşusu Zərərçəkmiş şəxs onu görən kimi onun ünvanına nalayiq ifadələr işlədərək onu döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs onun barəsində DİN-in 102 xidmətinə zəng edərək məlumat və rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Bir qonşu kimi onunla nə münasibəti, nə də heç bir ədavəti olmayıbdır. 08 sentyabr 2024-cü il tarixdə saat 23:15 də həyat yoldaşı Könül və azyaşlı oğlu Elşən ilə birlikdə ailəvi olaraq kənddə qohum evindən çıxaraq yaşadığı ünvana gəldikdə küçədə İbrahim ilə qarşılaşmış, sərxoş vəziyyətdə olan İbrahim onu görən kimi çağırmaqla onu söyərək üzərinə hücüm çəkib yumruğla başına vuraraq əynindəki ağ rəngli köynəyi dartıb cırmaqla onu döyəndə Könül araya girib aralaşdrımaqa çalışsada, İbrahim çevik hərəkət etdiyindən onu saxlamaq mümkün deyildir, nədə əl çəkməyərək söyüşlərini və vurmasını davam etdirirmiş, həmin vaxtdı səsə İbrahimin qaynatası Vüqar, qaynanası Tavat sonradan yanlarına gəlməklə onlar araya girərək İbrahimi kənara çəkmişdilər, sonradan İbrahimin qardaşları Anar və Əbülfət yanlarına gəlsələrdə İbrahimin qardaşlarından Anar qardaşına irad bildirsədə, Əbülfət ona qarşı hədə qorxu gəlmişdir. İbrahim onu döydüyünə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. İbrahim onu döyüdüyünə görə bədənin müxtəlif nahiyyələrindən xəsarət almışdır. İbrahim onu döyəndə yanında ailəsi olmuşdur. İbrahimin yaxınları sonradan gələrək onu evinə aparmışdılar. Həmin vaxtdı özüdə içkili halda olmuşdur. Dava-dalaş zamanı İbrahim onun təxminən 30 manat dəyərində olan köynəyini cırmışdır. Hazırda onunla barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, qonşusu Şəxs DİN-nin 102 xidmətinə verdiyi məlumat və rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış oldu. 08 sentyabr 2024-cü il tarixdə saat 23:15 də kənddə qohum evində kiçik toy məclisində iştirak etdikdən sonra evə gələndə küçədə Elşad ilə qarşılaşmış, həmin vaxtdı özü içkili halda olsada, Elşadda içkili halda olmuşdur. Qaynatası Vüqarın həyətinə keçəndə Elşad ona söz atdıqda aralarında yaranmış mübahisə zamanı bir-birinə söyüş söyməklə onun üzərinə gedib onun başına və bədənin müxtəlif nahiyyələri 3-4 dəfə yumruğla Vuraraq onu döyəndə əynində olan ağ rəngli köynəyini başına çəkməklə köynəyinin yaxasını cırmışdır. Elşadın həyat yoldaşı Könül araya girməklə harayçılıq etdikdə səsə qaynatası Vüqar və qaynanası Tavat küçəyə çıxaraq araya girib onu həyətə aparmışdılar. Həmin vaxtdı hər ikisi içkili halda olmaqla səhfi olduğu kimi Elşadında səhfi olmuşdur. Çünki aralarında olan dava zamanı E şad ona əl qol ataraq yumruğla onun sol qoluna və sol böyür nahiyyəsindən bir neçə dəfə yumruğla vurmuşdur. Hazırda Şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Akif Abdullayev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 08 sentyabr 2024-cü il tarixdə DİN-nin “102” xidmətindən rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda, Salyan rayon Xalac kəndində yaşayan Şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək, xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında küçə qapısından kənarda qonşusu Zərərçəkmiş şəxs tərəfindən döyülməsi barədə məlumat verməsi göstərilmişdir. Araşdırma zamanı, Salyan rayonu, Xalac kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, 08 sentyabr 2024-cü il tarixdə saat 23:15-də qohum evindən yaşadığı ünvana gedərkən küçədə sərxoş vəziyyətdə olan qonşusu Zərərçəkmiş şəxs onu görcək onun ünvanına nalayiq ifadələr işlədərək onu döymüşdür. Araşdırma zamanı, Salyan rayon Xalac kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək göstərmişdir ki, 08 sentyabr 2024-cü il tarixdə saat 23:15-də yaşadığı evin yaxınlığında qonşusu Şəxs ona söz atmasına görə aralarında yaranmış dava-dalaş zamanı Şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onu döymüşdür. Araşdırma zamanı, Salyan rayon Xalac kəndində yaşayan Zərərçəkmiş şəxs və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan onların barəsində inzibati qaydada tədbir görülməsi üçün cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 17 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Salyan rayon Xalac kənd sakinləri Şəxs xx.xx.2024-cü il tarixli və Zərərçəkmiş şəxs qarşılıqlı müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, zərəçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutaraq, barəsində inzibati qaydada icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 4348, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1056/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1056/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver