Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1057/2024 05.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Zakir oğlunun iştirakları ilə xx.xx.1988-ci il tarixdə Salyan rayonu, Piratman Gəncəli anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" QSC-də satış rəhbəri vəzifəsində işləyən, Salyan rayonu, Qırxçıraq qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan 05 noyabr 2024-cü il tarixli, MN № 1954062/616 saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən tərtib edilmiş 05 noyabr 2024-cü il tarixli, MN № 1954062/616 saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 05 noyabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. MN № 1954062/616 nömrəli, 05 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, vətəndaş Şəxs 05 noyabr 2024-cü il tarixdə, saat 09:52-də Ələt- Astara yolunun 52-ci kilometrliyində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 bildirmişdir ki, protokolu müdafiə edir. Şəxs 05 noyabr 2024-cü il tarixdə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində BDYP-nin YPX-nın 10-cu tağımının əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Faktla bağlı DİN BDYP-nin YPX-nın 10-cu tağımının inspektoru polis serjantı İdris Əlizadə vətəndaş Şəxs barəsində aidiyyəti tədbir görülməsi üçün Salyan RPŞ-nə müraciət etmişdir. Bununla bağlı tərəfindən inzibati araşdırma aparılaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən tərtib edilmiş 05 noyabr 2024-cü il tarixli, MN № 1954062/616 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən təqsirli bilir və törətdiyi əmələ görə peşmandır. Əlavə olaraq göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 09:52-də şirkətə məxsus **-YN-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olan zaman Salyan rayonu Ələt-Astara yolunun 52-ci km-də hərəkətdə olan zaman YPX-nin əməkdaşı saxla əmri vermiş və avtomobili saxlamışdır. Sonra YPX-nin əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və sənədlərini verməsini tələb etmişdir. O isə nəqliyyat vasitəsinin şirkətə məxsus olduğunu, idarə etməsi üçün ona yol vərəqəsi verildiyini və polisə həmin sənədlərin sistemdə yoxlamasını demişdir. Sistem yoxlanan zaman yol vərəqəsi sistemdə görünmədiyi üçün ondan sənədlərin təqdim olunması tələb olunmuşdur. Yol vərəqəsinin mobil telefonunda olduğunu bildirmişdir. YPX-nin əməkdaşı avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Özü avtomaşını idarə edərək, Salyan RPŞ-nə duracağa gedən zaman Salyan Regional “ASAN xidmət” mərkəzinin qarşısında PPX-in əməkdaşları onu saxlamışdır. Sonra PPX-in əməkdaşlarından bir nəfər onun avtomaşınına əyləşmiş və özü isə avtomaşını sürərək Salyan RPŞ-nə gətirmiş və avtomaşın duracağa yerləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq, ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BDYP-nin YPX-nın 10-cu tağımının inspektoru polis baş serjantı X4 izahatında göstərmişdir ki, 05 noyabr 2024-cü il tarixdə, saat 09:52-də vətəndaş Şəxs Ələt-Astara yolunun (köhnə yol) 52-ci kilometrliyində BDYPİ-nin inspektoru polis serjantı İdris Əlizadə ilə birlikdə xidmətdə olduğu zaman “Chevrolet Malibu” markalı, ** YN *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu zaman sola və geriyə dönərkən, dönmə göstəricilərindən istifadə etmədiyi üçün tərəflərindən saxla işarəsi verilmişdir. Sonra sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və sürücüyə yol hərəkəti qaydasını pozduğunu izah etmişdir. Sürücü ona barəsində protokolun yazılmasını demişdir. Həmin vaxt sürücüyə avtomobilə dair verilmiş etibarnamənin müddətinin bitdiyini demişdir. Sürücü ona etibarnamə təqdim etməmişdir. Baxmayaraq ki, ona bu barədə dəfələrlə izah etmişdir. Buna görə də, 728 saylı postdan kömək istəmişdir. Onlara Salyan RPŞ-dən kömək göndərilən zaman sürücü bunu eşidib, qanuni tələbinə qəsdən əməl etməyərək, uca səslə danışaraq, öz maşınına oturub kənarlaşmışdır. Onun arxasınca gedib dəfələrlə işarə verdikdən sonra sürücü nəqliyyat vasitəsini saxlamışdır. Onlar sürücünü Ələt-Astara yolunun (köhnə yol) 56-cı kilometrliyində saxlatdırmışlar. Həmin vaxt sürücü özünü aqressiv aparmışdır və sürücünü dəfələrlə nizam-intizama dəvət etsələrdə, sürücü öz hərəkətlərini davam etdirmişdir. Salyan RPŞ-nin PPXB-nin patrul avtomobili gələrək onların köməkliyi ilə sürücü öz nəqliyyat vasitəsi ilə Salyan RPŞ-nə gətirilmiş və avtomaşın duracağa yerləşdirilmişdir. Şəxs sonradan etibarnaməni onlara təqdim etmişdir. Şəxs sonradan törətdiyi əmələ görə peşman olduğunu və onlardan üzr istədiyini bildirmişdir. Tərəflərin çıxışlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hər tərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs Salyan rayonu Ələt-Astara yolunun 52-ci kilometrliyində hərəkətdə olan zaman yol hərəkəti qaydasını pozduğu üçün saxlanıldığı və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. İş materiallarında olan inzibati xəta haqqında materiallardan görünür ki, DİN BDYPnin YPX-nın 10-cu tağımının inspektoru polis serjantı İdris Əlizadənin raportu əsasında toplanmış material üzrə Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən tərtib edilmiş 05 noyabr 2024-cü il tarixli, MN № 1954062/616 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin tərkibi var, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta xarakterini və xəta törədənin hərəkətlərini, onun şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Şəxs aşağı həddə inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Qeyd olunan tənbeh başqa şəxslər tərəfindən oxşar inzibati xətaya yol verməməsi üçün mühüm xəbərdaredici təsirə malik olacaqdır. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1057/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1057/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver