Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1059/2024 06.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan rayonu DAM polis baş leytenantı X3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Salyan rayonu, Noxudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 barəsində Salyan rayon PŞ-nin DYPB-nin DAM polis baş leytenantı X6 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 09:30-da İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs sürücülük hüququ olmadığı halda xx.xx.2024-cü il tarixdə, saat 09:30-da Salyan rayonu, ərazisində, (köhnə) Ələt-Astara yolunun 57-ci klometrliyində etibarnamə ilə ona məxsus olan “X9” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamadığı üçün qarşıda hərəkətdə olan “Mercedes Benz C180” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Bununla da, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon DAM poli baş leytenantı X6 izahatında göstərdi ki, hadisə yerinə baxış keçirilmiş, yol-nəqliyyat hadisəsinin sxemi tərtib olunmuş, tərəflərin izahatı alınmış və müəyyən olunmuşdur ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 09:30-da Salyan rayonu, ərazisində, (köhnə) Ələt-Astara yolunun 57-ci klometrliyində “X9” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadığı halda, etibarnamə ilə idarə edərkən düzgün ara məsafəsi saxlamadığı üçün qarşıda hərəkətdə olan “Mercedes Benz C180” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşaraq Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrinin tərkibi olduğu üçün barəsində xx.xx.2024-cü il tarixdə, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X5 özünü Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, sürücülük hüququ olmadığı halda xx.xx.2024-cü il tarixdə, saat 09:30-da Salyan rayonu, ərazisində, (köhnə) Ələt-Astara yolunun 57-ci klometrliyində etibarnamə ilə ona məxsus olan “X9” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamadığından, yolda təmir işləri getdiyindən və yol sürüşkən olduğundan sürüşərək qarşıda hərəkətdə olan “Mercedes Benz C180” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuşdur. Heç bir bədən xəsarəti almamışdır. Zərərçəkmiş şəxs şikayətçi deyil. Zərərəçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ona ödənilmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 09:30-da Salyan rayonu, ərazisində, (köhnə) Ələt-Astara yolunun 57-ci klometrliyində “Mercedes Benz C180” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən arxa tərəfdən gələn X2 idarə etdiyi “X9” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa tərəfdən onun avtomobili ilə toqquşmuşdur. Heç bir bədən xəsarəti almamışdır. X5 tərəfindən ona dəymiş 120 manat məbləğində ziyan tam olaraq ödənilmişdir. X1 şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla, həmçinin özünün etirafedici izahatı və zərərəşəkmiş şəxsin izahatı ilə sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X5 həmin maddə ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, X5 “X9” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan Salyan rayon PŞ-nin DAM polis baş leytenantı X6 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Yol-nəqliyyat hadisəsinin Sxemindən görünür ki, xx.xx.2024-cü il tarixdə, Salyan rayonu, ərazisində, (köhnə) Ələt-Astara yolunun 57-ci klometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X9” minik markalı avtomobilin sürücüsi düzgün ara məsafəsi saxlamamsı nəticəsində qarşıda hərəkətdə olan “Mercedes Benz C180” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. İş materiallarında olan X2 izahatından görünür ki, “X9” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Sürücülük hüququ yoxdur. Uzun illərdir ki, avtomobili sürücülük hüququ olmadan idarə edir. İş materiallarında olan etibarnamədən görünür ki, “X9” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 etibar edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1971-ci ildə Salyan rayonunda anadan olmu, Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1977-ci ildə Salyan rayonunda anadan olmu, Salyan rayonu, Noxudlu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 törətdiyi inzibati xətanı etiraf edib əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. X2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün prortokol Salyan rayon PŞ-nə göndərilməlidir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55, 61, 114, 115 və 128-131 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1059/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1059/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver