Məhkəmə qərarları › İş №3(057)-106/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-106/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-106/2024 21.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə xx.xx.1965-ci il təvəllüdlü, Salyan rayonu, Qarabağlı kəndində yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-in Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü tarixdə idarə etdiyi “Vaz 2106 minik” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətmişdir. Bununla əlaqədar Salyan RPŞ tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 20 sentyabr 2023-cü il tarixdə Salyan-Şirvan yolunun 8.2-ci km-də Xalac kəndi çıxış yolunda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Məhkəmə araşdırması zamanı “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İXM-nin 53.1.8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xəta haqqında işlər üzrə icraatı rədd edilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs vəfat etdiyi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 105, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar