Məhkəmə qərarları › İş №3(057)-1069/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1069/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1069/2023 26.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1966-cı il tarixdə Salyan rayonyunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 26 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 26 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(074)-1/2019 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 4100 manat məbləğində pulu tələbkar X1 ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən tələb olunan puldan 660 manat ödəmişdir. Qalan pulu da hissə-hissə ödəyəcəkdir. Hazırda yeni iş tapmışdır və işləyir. Göstərilənləri nəzərə alaraq, ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 göstərmişdir ki, Şəxs icra sənədi üzrə ödəməli olan borcu tam qaydada ödəməmişdir.Nəticədə 4100 manat məbləğində borcu qalmışdır. Zərərçəkmiş şəxs şikayətçidir. Barəsində axtarış qərarı verilmişdir. Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və böyük icra məmuru X2 izahatlarını dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin uzun müddət icra olunmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxsna inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində səkkiz gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 26 oktyabr 2023-cü il tarixdən, saat 12:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar