Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1069/2025 25.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx.xx.1997-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 25 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şirvan şəhər Məhkəməsinin 16(032)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli və Şirvan şəhər Məhkəməsinin 8(032)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən ödənilməmiş qalan 1466 manat aliment borcunu Zərərçəkmiş şəxs tam qaydada ödəməkdən imtina edir. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq, icra sənədinin borclunun pensiyasına yönəldildiyi, hər ay 126 manat pulun tələbkarın hesabına köçürüldüyü bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, heç vaxt qərarın icrasından boyun qaçırmamışdır. 3-cü qrup əlil olmaqla 150 manat pensiya alır. Aldığı pensiyadan hər ay 126 manat pul aliment üçün tutulur. Hazırda işsizdir, heç yerdə işləmir. Buna görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçıları dinləyib, inzibati materialda olan sənədləri və icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin 16(032)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 16 oktyabr 2022-ci il təvəllüdlü X1 üçün əvvəli ərizə verildiyi gündən yəni, xx.xx.2023-cü ildən hesablanmaqla cavabdeh Şəxs 160 manat sabit pul məbləğində aliment tutularaq ərizəçi Zərərçəkmiş şəxs verilməlidir. “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 16(032)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya dərhal tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 16(032)- 16/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Zərərçəkmiş şəxs Salyan rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 16(032)-16/2024 nömrəli məhkəmə qərarına əsasən Şəxs xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək hər ay 160 manat aliment alınaraq ona verilməlidir. Borclunun ona 960 manat borcu vardır. Tədbir görülməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 8(032)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, 15 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.46 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. “İcraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 8(032)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya dərhal tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 8(032)- 101/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Zərərçəkmiş şəxs Salyan rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 8(032)-101/2025 nömrəli qərarına əsasən Şəxs hər ay 15 may 2025-ci il tarixdə minimum əmək haqqının 0.46 misli həddində aliment tutularaq ona verilməlidir. xx.xx.2025-ci il tarixədək 230 manat aliment almışdır. Hazırda borclu Şəxs ona 506 manat aliment borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Şirvan şəhər Məhkəməsinin 8(032)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi və xx.xx.2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməyi tələb olunmuşdur. Şəxs Salyan rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi, işsizliyi və xəstəliyi ilə əlaqədardır. Hal-hazırda ödəyə bilmir. Borcundan boyun qaçırmır. Beləliklə, tədqiq edilmiş iş materialları ilə məhkəmə tərəfindən müəyyən edildi ki, Şirvan Şəhər Məhkəməsinin 16(032)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə, Şirvan Şəhər Məhkəməsinin 8(032)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə isə xx.xx.2025-ci il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya bildiriş göndərilməklə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İcra sənədinin icra edilməsi məqsədilə Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli inkasso sərəncamı ilə tələb onun pensiyasına yönəldilmiş və müvafiq tutulmalar aparılmışdır. İXM-nin 528.1-ci maddəsinin tələblərinə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanının olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda isə məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi tələb onun pensiyasına yönəldilmiş və müvafiq tutulmalar aparılmışdır. Qeyd olunan xüsusatla borclu Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs borcunu ödəməsi, əsassız olaraq protokol tərtib olunduğu öz təsdiqini tapdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1069/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1069/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver