Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1070/2023 26.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Coşqun İsmayılovun, Borclu Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu Qaraçala kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, boşanmış, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-899/2023 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 5200 manat borcu yaranmışdır. Borclu borcunu tam qaydada ödəməkdən imtina edir. Həmin faktla bağlı Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 26 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən onun tələbkar tələbkar Zərərçəkmiş şəxs 5200 manat borcu yaranmışdır. Hazırda işsizdir. Maddi imkanı olduqda borcunu ödəyəcəkdir. Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-899/2023 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 01 iyul 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci ildə anadan olmuş X2in və xx.xx.2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məmləğində alimentin alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli 124784/02 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-899/2023 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 899/2023 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs olan borcunu ödəyə bilmədiyini, onun hal-hazırda 5200 manat borcunu maddi imkanı olanda ödəyəcəyini bildirmişdir. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış verilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətində inzibati həbs tətbiq edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, məhkəmə hesab ki, Şəxs hal-hazırda icra sənədi üzrə borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh, yəni cərimə tətbiq edilərsə, həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26 oktyabr 2023-cü il tarixdən saat 15:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1070/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1070/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver