Məhkəmə qərarları › İş №3(057)-1072/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1072/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1072/2023 03.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X1 iclas katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakalrı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi (icra məmuru X4) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 03 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Quliyev X3 Rayon Məhkəməsinin 2(012)-2079/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə tələbi icra etmir və bununla bağlı icra məmurunun tələblərini yerinə yetirmir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, Salyan Rayon Məhkəməsinin 3(057)-47/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu Şəxs barəsində 10 gün müddətində inzibati həbs tətbiq edilmişdir. Bu da səlahiyyətli orqan tərəfindən tərtib edilmiş protokolun düzgün tərtib olunmadığına dəlalət edir. Bununla bağlı məhkəmə iclasında iştirak edən Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru da öz fikrini bildirərək protokolun düzgün tərtib olunmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyası icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsini özündə əks etdirir. Halbuki həmin Məcəllənin 528.1-1-ci maddəsinin dispozisiyasında bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi öz əksini tapır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti düzgün əks olunmadığından protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında 03 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Salyan rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar