Məhkəmə qərarları › İş №3(057)-1073/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1073/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1073/2025 26.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğllunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan rayonunun Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu Arbatn kəndində qeydiyyatda olub həmin ünvanda yaşayan Şəxs haqqında Salyan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 26 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 26 sentyabr 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(057)-1019/2015 saylı icra sənədinə əsasən borclu Şəxs 4884 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, icra işi əvvəl başqa icra məmurunun icraatında olmuş, təxminən 1 aydır ki, onun icraatındadır. Borclu bu günə kimi icra vərəqəsi üzrə təxminən 12000 manatdan çox ödəniş etmiş, 4884 manat borcu qalmışdır. Şöbəyə dəvət edilsə də, gəlməkdən yayınmış, yaşadığı yeri dəyişmiş, buna görə də barəsində axtarış elan edilmişdir. Borclu polis əməkdaşları tərəfindən bu gün Salyan rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Borclunun izahatı alınmış, borclu bildirmişdir ki, borcunu hissəhissə ödəyəcəkdir. Zərərçəkmiş şəxslə əlaqə saxlanılmış, o, borcunu tələb etdiyini şikayətçi olduğunu bildirmişdir. Borclu sözügedən icra vərəqəsi üzrə 2024-cü ildə inzibati həbs olunmuş, bundan sonra ödənişlər etmiş, ödəniş qəbzlərini Şöbəyə təqdim etmişdir. Borcluya məsuliyyəti izah olunaraq barəsində protokol tərtib edilmişdir. Odur ki, borclu barəsində hər hansı inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, fəhləliklə məşğul olur, qazancı müntəzəm olmur, 2 uşaq üçün ayda cəmi 140 manat aliment müəyyən edilmişdir. qeyd olunan icra vərəqəsi üzrə 12000 manatdan çox ödəniş etmişdir. Qalıq borc əvvəlki illərdən qalan borcdur. O, qətnamə qəbul edilən 2015-ci ildə Qusar rayonunda işləmiş, Salyan rayonu ərazisində olmamışdır, 2 il ərzində borc yığılmışdır. O yenidən ailə qurmuş, yeni evliliyindən 2 yetkinlik yaşına çatmayan uşağı var. 2024-cü ildə inzibati həbs olunmuş, bundan sonra mütəmadi alimenti aybabay ödəmiş, hətta aylıq 200 manat ödəniş etmişdir. Bu barədə qəbzləri icra məmuruna təqdim etmişdir. O, borcunun ödənilməsindən yayınmır. Bundan sonra da hissə-hissə borcunu ödəyəcəkdir. Odur ki, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri və icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(057)-1019/2015 saylı icra vərəqəsindən görünür ki, Tərəflərin birgə nikahından doğulmuş 12 yanvar 2008-ci il təvəllüdlü X3 və 22 dekabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2026-cı il tarixli qərarın surətindən görünür ki, Salyan rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(057)-1019/2015 saylı icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(057)- 1019/2015 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə təklif edilmiş, əks halda məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. Bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(057)-581/2024 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclunun izahatlarından görünür ki, o, borcunu etiraf edir, müəyyən ödənişlər etdiyini, bundan sonra sonra hissə-hissə borcunu ödəyəcəyini bildirmişdir. Məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, Şəxs 2024-cü ilin iyun ayından etibarən, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən sonra mütəmadi olaraq hər ay ödənişlər etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla borclu Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Təqdim olunmuş ödəniş qəbzlərindən də göründüyü kimi borclu bir il ərzində icra sənədi üzrə mütəmadi ödənişlər etmiş, həmin ödənişlərin bir hissəsi isə borclunun barəsində hazırki təqdimatla məhkəməyə müraciət olunduğu vaxtdan qısa müddət əvvəl olmuşdur. Borclu qalan borcunu hissə-hisə ödəməyə söz verir. Həmçinin yuxarıda qeyd olunduğu kimi Şəxs 2024-cü ilin iyun ayından etibarən, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən sonra mütəmadi olaraq hər ay ödənişlər etmişdir. Həmin ödəniş qəbzlərindən göründüyü kimi borclu bir çox hallarda məhkəmə qətnaməsi ilə təyin olunmuş aylıq 140 manat alimetdən yuxarı məbləğdə ödənişlər etmişdir. Qeyd olunanları nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs hər ay icra sənədi üzrə borcunu ödəməyə çalışmış, bununla da hərəkətlərində qərəzli olmadığını sübuta yetirmişdir. Yuxarıda qeyd olunanları və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə icra sənədinin icra edilməməsində üzürsüz səbəb müəyyən olunmadığından borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar