Məhkəmə qərarları › İş №3(057)-1076/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1076/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1076/2023 14.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon Məhkəməsinin hakimi X3 xx.xx.1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 17 oktyabr 2023-cü il tarixdə saat 15:30 radələrində Salyan şəhərində Mercedes-Benz Atego markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs yük daşıma fəaliyyəti həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Həmin faktla bağlı Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən Şəxs barəsində 17 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və 18 oktyabr 2023-cü il tarixli məktubla baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə telefonla məlumat verərək maddi imkanı olmadığından məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin idarənin nümayəndəsi inzibati protokolu tərtib etmiş şəxs X2 məhkəməyə ərizə təqdim edərək işlərinin çoxluğu ilə bağlı məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, işə onların iştirakı olmadan baxaraq işin icraatına əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3, 112.1.4-cü maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 oktyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, həmin tarixdə saat 15:30 radələrində Salyan şəhərində Mercedes-Benz Atego markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükdaşıma fəaliyyəti həyata keçirən sürücü Şəxs qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etməmişdir. Şəxs izahat verməkdən imtina etmişdir. İş materiallarında olan Mercedes-Benz Atego markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobilin ön və arxa hissəsini əks etdirən fotolarda həmin maşının harada və kim tərəfindən idarə olunması müəyyən olunmur. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə ijraat aparılan şəxs Əli Hüseynovun inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanı törətməsinə dair heç bir sənəd (məsələn nəqliyyat vasitəsinin texniki pasportu, etibarnamə, sürücünün şəxsiyyətini təsdiq edən sənəd, sürücünün sürücülük hüququnun olması barədə sənəd, sürücünün protokol tərtib olunan vaxt məhs həmin maşını idarə etməsini təsdiq edən sübut, hansı yükü və ya sərnişini daşıması barədə sübut, maşının yük yerinə qanunvericiliyə müvafiq qaydada baxış keçirilib-keçirilməməsi barədə sübut, həmin maşına və sürücüyə dair yük və ya sərnişin daşıması barədə icazə sənədinin olubolmaması barədə sənəd, sürücünün xidməti vəzifənin yerinə yetirilməsi zamanı necə maneçilik törətməsi, qanunvericilikdə müəyyən olunmuş məhs hansı sənədi təqdim etməkdən imtina etməsi və s.) həmin protokola əlavə olunmamışdır. Əlavə olunmuş akt Agentliyin əməkdaşları tərəfindən imzalansa da, Şəxs və ya digər hər hansı hal şahidlərinin tərəfindən imzalanmamışdır. Həmin aktın Şəxs tərəfindən imzalanmasının sonuncu tərəfindən imtina olunması göstərilsə də, həmin halı təsdiq edən heç bir sənəd protokola əlavə olunmamışdır. Bundan başqa, həmin avtomobilə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq qeydiyyat şəhadətnaməsinin surəti, sahiblik və istifadə hüquqlarını təsdiq edən etibanamənin və ya digər sənədlərin surətləri, həmin avtomobilin həmin vaxt məhz Şəxs istifadəsində olmasını, qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etməyən şəxsin məhz Şəxs olmasını təsdiq edən hər hansı bir mötəbər sübut, o cümlədən sonuncunun şəxsiyyətini təsdiq edən müvafiq sənəd nə inzibati xəta haqqında protokola əlavə olunmamış, nə də məhkəmə iclasına gələrək məhkəməyə təqdim edilməmişdir. Bununla da, Şəxs təqsirli olması barədə əsaslı şübhələr vardır. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi hazırkı inzibati xəta hadisəsinin məhz Şəxs tərəfindən törədilməsi, sonuncunun həmin əmələ görə təqsirli olması barəsində əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən aradan qaldırılmamış və ona görə də həmin şübhələr Şəxs xeyrinə həll olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 552ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur və o, hazırkı inzibati xəta hadisəsi barəsində təqsirsiz hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış ijraata isə xitam verilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətanın tərkibi olmadığından, hazırkı inzibati xəta hadisəsi törədilərkən-yəni qanunverijiliklə müəyyən olunmuş sənədləri təqdim etməyən şəxsin məhz Şəxs olması sübut olunmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53,75,114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Əməlində inzibati xətanın tərkibi olmadığından və təqsiri sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Salyan rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar