Məhkəmə qərarları › İş №3(057)-1089/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1089/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1089/2024 20.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu Zamanov Asif Xanoğlan oğlunun katibliyi, X1 və Vəkil oğlunun iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Yol Patrul Xidməti inspektoru polis serjantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 01 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Yol Patrul Xidməti inspektoru polis serjantı X6 tərəfindən inzibati xəta haqqında iş üzrə 01 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 150 manat məbləğində inzibati cərimə olunmuşdur. 07 noyabr 2024-cü il tarixdə X2 Şirvan Şəhər Yol Patrul Xidməti inspektoru polis serjantı X6 tərəfindən qəbul edilmiş 01 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. X3 şikayəti onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Yol Patrul Xidməti inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş 01 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-in 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətdiyinə görə 150 manat məbləğində inzibati cərimə olunmuşdur. "xxxx" MMC-də sürücü vəzifəsində çalışır. "xxxx" MMC-yə məxsus “İSUZU FSR33L yük” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə malların təhlükəsiz şəraitdə təyinatı üzrə daşınması və çatdırılması üçün nəqliyyat vasitəsinin yük hissəsinə rəflər quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə təxminən 11:01 radələrində Şirvan şəhər ərazisində əməkdaşı olduğu "xxxx" MMC-yə məxsus “İSUZU FSR33L yük” markalı, **-JX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən dövlət yol polisi əməkdaşları onu saxlamışlar və polis əməkdaşı X7 nəqliyyat vasitəsinə baxış keçirən zaman bildirmişdir ki, nəqliyyat vasitəsinin yük hissəsinə rəflər quraşdırılmışdır. Bu avtomobilə konstruksiyə dəyişikliyi edilməsi və əlavə avadanlıqların quraşdırılması kimi qiymətləndirilir və cərimə yazılacaqdır. O, nəqliyyat vasitəsinin təyinatının yük kateqoriyalı olduğunu, quraşdırılmış rəflərin yüklərin təhlükəsiz şəraitdə daşınması məqsədilə quraşdırıldığını, həm də nəqliyyat vasitələrinin konstruksiyasına, istismar qaydalarına və təhlükəsizlik tədbirlərinə heç bir təsiri olmadığını bildirmişdir. Həmdə bildirmişdir ki, nəqliyyat vasitəsinin yük hissəsi ilə sürücülük kabini ayrı olduğundan bunun sürücü üçün də hər hansı bir təhlükəsi istisna olunur. Lakin Yol polisi əməkdaşı cərimə yazılacağını bildirərək müvafiq qərarı ona təqdim etmişlər. Hesab edir ki, müvafiq qanunun mənasından və verilmiş şərhlərdən də göründüyü kimi nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən edilmiş konstruksiyası var və konstruksiyanın təhcizatına, müəyyən edilmiş təhlükəsizlik sisteminə hər hansı dəyişikliklərin edilməsi normativ tələblərin pozuntusu kimi qiymətləndirilir. Əgər quraşdırılmış avadanlıq nəqliyyat vasitəsinin təhlükəsizliyinə, onun texniki təchizatına, istehsalçının müəyyən etdiyi istismar qaydalarına hər hansı bir xələl gətirmirsə bu əlavələr konstruksiya dəyişikliyi və ya normativ tələblərin pozulması, habelə qanun pozuntusu kimi qiymətləndirilə bilməz. İXM-nin tələblərindən də göründüyü kimi, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi nəqliyyat vasitəsinin istismar qaydalarının pozulması kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur. Yol patrul əməkdaşı tərəfindən saxlanıldığı zaman qeyd edilən xüsusatları onlara bildirsə də buna əhəmiyyət verilmədən məsuliyyətə cəlb olunmuş və qanunsuz şəkildə cərimə edilmişdir. Lakin Yol patrul əməkdaşı tətbiq etdiyi cəriməni əsaslandıra bilməmişdir. Maddənin məqsədi təhlükəsisliyin təmin edilməsidir. Göstərilənlərə əsasən Şirvan Şəhər Yol Patrul Xidməti inspektoru polis serjantı X6 tərəfindən qəbul edilmiş 01 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayəti müdafiə edərək göstərdi ki, "xxxx" MMC-də sürücü vəzifəsində çalışır. "xxxx" MMC-yə məxsus “İSUZU FSR33L yük” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri, Salyan və Hacıqabul rayonlarına malların təhlükəsiz şəraitdə təyinatı üzrə daşınması və çatdırılması üçün nəqliyyat vasitəsinin yük hissəsinə rəflər quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə təxminən 11:01 radələrində Şirvan şəhər ərazisində “İSUZU FSR33L yük” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən Şirva ŞPŞ-nin dövlət yol polisi əməkdaşları onu saxlamışlar və polis əməkdaşı X7 nəqliyyat vasitəsinə baxış keçirən zaman bildirmişdir ki, nəqliyyat vasitəsinin yük hissəsinə rəflər quraşdırılmışdır. Bu avtomobilə konstruksiyə dəyişikliyi edilməsi və əlavə avadanlıqların quraşdırılması kimi qiymətləndirilir və cərimə yazılacaqdır. O, nəqliyyat vasitəsinin təyinatının yük kateqoriyalı olduğunu, quraşdırılmış rəflərin yüklərin təhlükəsiz şəraitdə daşınması məqsədilə quraşdırıldığını, həm də nəqliyyat vasitələrinin konstruksiyasına, istismar qaydalarına və təhlükəsizlik tədbirlərinə heç bir təsiri olmadığını bildirmişdir. Həmdə bildirmişdir ki, nəqliyyat vasitəsinin yük hissəsi ilə sürücülük kabini ayrı olduğundan bunun sürücü üçün də hər hansı bir təhlükəsi istisna olunur. Sonra yol polisi onu və nəqliyyat vasitəsini Şirvan ŞPŞ-nə aparmışlar. Yol polisi əməkdaşı barəsində cərimə yazaraq müvafiq qərarı ona təqdim etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin vəkili Vəkil şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsinin yük hissəsinə quraşdırılmış rəflər yüklərin təhlükəsiz şəraitdə daşınmasına xidmət edir. Rəflərin quraşdırılması nəqliyyat vasitəsinin konstruksiyasına, istismar qaydalarını zidd olmamaqla yanaşı, normativ tələblərin pozulması kimi də hesab oluna bilməz. Bu əlavə quraşdırma yol hərəkət iştirakçıları üçün təhlükə də yaratmır. Qərarından şikayət verilmiş Şirvan Şəhər Polis Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi gəlməməsinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və vəklini dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı İXM-in ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Şirvan Şəhər Yol Patrul Xidməti inspektoru polis serjantı X6 tərəfindən İXM-in 342.2.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 01 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şirvan Şəhər Polis Şöbəsinə göndərilməlidir. Belə ki, İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşin faktiki hallarından isə müəyyən edilmişdir ki, Şirvan Şəhər Yol Patrul Xidməti inspektoru polis serjantı X4 01 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərarı X2 iştirakı olmadan qəbul edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında iş üzrə 01 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərar, İXM-in tələbləri pozulmaqla qəbul edilmişdir. İXM-in 134.1.4-cü maddəsinə əsasən maddəsinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə 01 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şirvan Şəhər Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134, 135, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Yol Patrul Xidməti inspektoru polis serjantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 01 noyabr 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şirvan Şəhər Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar