Məhkəmə qərarları › İş №3(057)-1090/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1090/2024

10.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1090/2024 10.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, işləməyən, Salyan rayonu Kürsəngi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, MN 1954075/621 saylı və xx.xx.2024-cü il tarixli, MN 1954076/622 saylı inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1954075/621 saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1954076/622 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Astara-Ələt yolunun 38-ci km-də uca səslə nalayiq ifadələr işlədərək xidmət aparıcı polis əməkdaşlarını söyüb təhqir etmişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Astara-Ələt yolunun 38-ci km-də YPX əməkdaşları ilə sözlü mübahisələr yaradaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, BDYPİ-nin YPX-nın 10-cu tağımının inspektoru polis baş serjantı Elvin Rüstəmov raportla Salyan RPŞ-nə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində köhnə Ələt-Astara yolunun 38 km-də ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə BDYP-nin YPX-nin inspektoru polis seriantı İdris Əlizadə ilə birlikdə xidmət apararkən, qarşıdan gələn Toyota markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil uzaq işıqlarından istifadə etdiyi üçün tərəflərindən saxla işarəsi verilmiş, sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin an qayda pozuntusunu izah etdikləri zaman avtomobildən kəskin spirt qoxusu gəldiyini hiss etmiş və həmin vaxt sürücü X1 içki qəbul etdiyini soruşduqda, о, özünün içmədiyini, lakin yanındakı 3 nəfər şərnişinlərin içkili olduğunu bildirmiş, həmin vaxt sürücü A.İmanovu alkotesterdən keçirdikləri zaman içkili olmadığını bildirmiş, avtomobilin sahibi sərnişin qismində əyləşmiş Salyan rayonu, Kürsəngi kənd sakini Şəxs onların ünvanlarına və polisin ünvanına dəfələrlə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Xidməti vəzifələrini yerinə yetirən zaman video görüntüsü və səs yazısından istifadə etmişdirlər. Dəfələrlə avtomobil sahibi Şəxs nizam-intizama dəvət etsələr də, o, nalayiq söyüşlərə davam etmiş və polisin qanuni tələbinə əməl etməyərək öz hərəkətlərini davam etmişdir. Həmin vaxt avtomobildə sərnişin qismində əyləşmiş özünü təqdim etməyən digər vətəndaş polisin qanuni tələbinə riayət etməyərək yüksək səslə polisin nüfuzuna xələlyetirici sözlər işlətmişdir. Onlar posta məlumat verərək Salyan RPŞ-dan kömək çağırmış, avtomobil A.İmanovla birgə RPŞ-yə gətirilmişdir. Həmin vaxt Şəxs RPŞ-yə verildiyi üçün onun avtomobilini idarə edən etibarnaməsi olmadığına görə avtomobili ona təhvil verilmədiyi üçün duracağa yerləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Salyan rayon Xalac kəndində tanışı Namiqin toy məclisində iştirak etmişdir. Həmin toy məclisində 200-300 qram çaxır içmişdir. Bu səbəbdən də, avtomobilini idarə etməsini onunla birlikdə olan və spirtli içki qəbul etməyən X3 vermişdir. Yaşadıqları kəndə gedən zaman köhnə Astara-Ələt yolunun YPX-nin əməkdaşı saxla işarəsi vermişdir. Avtomobili idarə edən Aftandil İmanov da avtomobili yolun tinində saxlamışdır. Həmin YPX əməkdaşı onlara yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücünü yoxlanışa dəvət etmiş və onun içkili olmadığı aşkar olunmuşdur. Daha sonra sürücüdən avtomobili idarə etmək üçün etibarnamə istəmiş, o isə “canlı etibarnamə” olduğunu bildirmişdir. YPX əməkdaşları üzünün aydın görünmədiyini bəhanə edərək, onun maşından düşməyini istəmiş, o isə düşmək istəmədiyini bildirmişdir. Bundan sonra mübahisə baş vermişdir.Qarşılıqlı mübahisə nəticəsində təhqiramiz sözlərdən istifadə olunmuş, bundan sonran onları polis şöbəsinə aparmıışdırlar. Hadisə vaxtı içkili olduğu üçün nalayiq ifadələrdən istifadə etmişdir. İçkili olduğu üçün polisin tələblərinə riayət etməmişdir. Bunun qanun pozuntusu olduğunu hər zaman bilmiş, heç vaxt belə pozuntulara yol verməmişdir. Bunun üçün də əməlindən peşmandır, gələcəkdə bu kimi hallara bir daha yol verməyəcəkdir. Himayəsində biri azyaşlı olmaqla, dörd uşağı vardır. İlk dəfədir ki, barəsində protokol tərtib olunmuşdur. Odur ki, bunları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindilimiş X8 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində köhnə Ələt-Astara yolunun 38 km-də ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə BDYP-nin YPX-nin inspektoru polis seriantı İdris Əlizadə ilə birlikdə xidmət apararkən, qarşıdan gələn Toyota markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil uzaq işıqlarından istifadə etdiyi üçün tərəflərindən saxla işarəsi verilmiş, sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin an qayda pozuntusunu izah etdikləri zaman avtomobildən kəskin spirt qoxusu gəldiyini hiss etmiş və həmin vaxt sürücü X1 içki qəbul etdiyini soruşduqda, о, özünün içmədiyini, lakin yanındakı 3 nəfər şərnişinlərin içkili olduğunu bildirmiş, həmin vaxt sürücü A.İmanovu alkotesterdən keçirdikləri zaman içkili olmadığını bildirmiş, avtomobilin sahibi sərnişin qismində əyləşmiş Salyan rayonu, Kürsəngi kənd sakini Şəxs onların ünvanlarına və polisin ünvanına dəfələrlə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Xidməti vəzifələrini yerinə yetirən zaman video görüntüsü və səs yazısından istifadə etmişdirlər. Dəfələrlə avtomobil sahibi Şəxs nizam-intizama dəvət etsələr də, o, nalayiq söyüşlərə davam etmiş və polisin qanuni tələbinə əməl etməyərək öz hərəkətlərini davam etmişdir. Həmin vaxt avtomobildə sərnişin qismində əyləşmiş özünü təqdim etməyən digər vətəndaş polisin qanuni tələbinə riayət etməyərək yüksək səslə polisin nüfuzuna xələlyetirici sözlər işlətmişdir. Onlar posta məlumat verərək Salyan RPŞ-dan kömək çağırmış, avtomobil A.İmanovla birgə RPŞ-yə gətirilmişdir. Həmin vaxt Şəxs RPŞ-yə verildiyi üçün onun avtomobilini idarə edən etibarnaməsi olmadığına görə avtomobili ona təhvil verilmədiyi üçün duracağa yerləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindilimiş X10 şahid X6 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2024-cü il tarixli, MN 1954075/621 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Astara-Ələt yolunun 38-ci km-də YPX əməkdaşları ilə sözlü mübahisələr yaradaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli, MN 1954076/622 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Astara-Ələt yolunun 38-ci km-də uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. xx.xx.2024-cü il tarixli AZA 021499 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə, saat 16:00-da azad edilmişdir. xx.xx.2024-cü il tarixli AZA 008271 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs üzərindən heç bir əşya aşkar edilərək götürülməmişdir. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs, həqiqətən də, xx.xx.2024-cü il tarixdə 23:20 radələrində polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmayaraq Astara-Ələt yolunun 38-ci km-də ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, oraya gələn post patrul xidmətinin əməkdaşları onu intizama dəvət etsələr də, həmin şəxs ictimai qaydanı pozmaqda və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməkdə davam etmişdir. Bu səbəbdən də, həmin şəxs barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-cü maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə təqsirli bilinməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən səmimi peşman olmasını, himayəsində biri azyaşlı olmaqla dörd uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXMnin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar