Məhkəmə qərarları › İş №3(057)-1091/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1091/2024

10.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1091/2024 10.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Salyan rayonu, Kürsəngi kəndində qeydiyyatda olmaqla yaşayan X2 barəsində Azərbaycan Respublikasının İXMnin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 10 noyabr 2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı X5 tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş MN № 1954077/623 saylı, 10 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN № 1954077/623 saylı, 10 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X7 xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Ələt-Astara yolunun 38-ci km-də uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Qeyd olunan faktla əlaqədar Salyan Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı X5 tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 10 noyabr 2024-cü il tarixli, MN № 1954077/623 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan RPŞ tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X9 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, BDYPİ-nin YPX-nın 10-cu tağımının inspektoru polis baş serjantı Elvin Rüstəmov raportla Salyan RPŞ-nə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində köhnə Ələt-Astara yolunun 38 km-də ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə BDYP-nin YPX-nin inspektoru polis seriantı İdris Əlizadə ilə birlikdə xidmət apararkən, qarşıdan gələn Toyota markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil uzaq işıqlarından istifadə etdiyi üçün tərəflərindən saxla işarəsi verilmiş, sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin an qayda pozuntusunu izah etdikləri zaman avtomobildən kəskin spirt qoxusu gəldiyini hiss etmiş və həmin vaxt sürücü X1 içki qəbul etdiyini soruşduqda, о, özünün içmədiyini, lakin yanındakı 3 nəfər şərnişinlərin içkili olduğunu bildirmiş, həmin vaxt sürücü A.İmanovu alkotesterdən keçirdikləri zaman içkili olmadığını bildirmiş, avtomobilin sahibi sərnişin qismində əyləşmiş Salyan rayonu, Kürsəngi kənd sakini X11 onların ünvanlarına və polisin ünvanına dəfələrlə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Xidməti vəzifələrini yerinə yetirən zaman video görüntüsü və səs yazısından istifadə etmişdirlər. Dəfələrlə avtomobil sahibi R.Ağayevi nizam-intizama dəvət etsələr də, o, nalayiq söyüşlərə davam etmiş və polisin qanuni tələbinə əməl etməyərək öz hərəkətlərini davam etmişdir. Həmin vaxt avtomobildə sərnişin qismində əyləşmiş özünü təqdim etməyən digər vətəndaş polisin qanuni tələbinə riayət etməyərək yüksək səslə polisin nüfuzuna xələlyetirici sözlər işlətmişdir. Onlar posta məlumat verərək Salyan RPŞ-dən kömək çağırmış, avtomobil A.İmanovla birgə RPŞ-nə gətirilmişdir. Həmin vaxt R.Ağayev RPŞ-nə verildiyi üçün onun avtomobilini idarə edən etibarnaməsi olmadığına görə avtomobili ona təhvil verilmədiyi üçün duracağa yerləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, X7 barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Salyan rayon Xalac kəndində tanışı Namiqin toy məclisində iştirak etmişdir. Toyda spirtli içki qəbul etdikdən sonra yaşadıqları ünvana getmək üçün həmkəndlisi X11 ilə ona məxsus olan avtomobili digər həmkəndlisi olan Aftandil İmanov idarə etmişdir. Astara-Ələt yolunda YPX-nin əməkdaşı saxla işarəsi vermiş və avtomobili idarə edən Aftandil İmanov da avtomobili yolun sağ tinində saxlamışdır. Həmin YPX əməkdaşı onlara yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücünü yoxlanışa dəvət etmiş və bu vaxt avtomobildə sərnişin kimi əyləşmiş Rövşən Ağayev polis əməkdaşları ilə kobud danışaraq nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları ilə dalaşan vaxt Rövşəni sakitləşdirmək istəsə də, onun sözünə əhəmiyyət verməmişdir. O da buna əsəbləşərək uca səslə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları R.Ağayevi nizam-intizama dəvət etsələr də, o, nalayiq söyüşlərə davam etmiş və polisin qanuni tələbinə əməl etməyərək öz hərəkətlərini davam etmişdir. Daha sonra polis əməkdaşları X17 RPŞ-nə aparmışlar. O da öz evinə getmiş, səhərisi gün xx.xx.2024cü il tarixdə onun telefonun zəng gəlmiş və Salyan RPŞ-yə dəvət olunmuşdur. Etdiyi əməlin məsuliyyətini dərk edərək, peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini, himayəsində üç azyaşlı uşağının olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində köhnə Ələt-Astara yolunun 38 km-də ** YP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə BDYP-nin YPX-nin inspektoru polis seriantı Elvin Rüstəmov ilə birlikdə xidmət apararkən, qarşıdan gələn Toyota markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil uzaq işıqlarından istifadə etdiyi üçün tərəflərindən saxla işarəsi verilmiş, sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin an qayda pozuntusunu izah etdikləri zaman avtomobildən kəskin spirt qoxusu gəldiyini hiss etmiş və həmin vaxt sürücü X1 içki qəbul etdiyini soruşduqda, о, özünün içmədiyini, lakin yanındakı 3 nəfər şərnişinlərin içkili olduğunu bildirmiş, həmin vaxt sürücü A.İmanovu alkotesterdən keçirdikləri zaman içkili olmadığını bildirmiş, avtomobilin sahibi sərnişin qismində əyləşmiş Salyan rayonu, Kürsəngi kənd sakini X7 onların ünvanlarına və polisin ünvanına dəfələrlə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Xidməti vəzifələrini yerinə yetirən zaman video görüntüsü və səs yazısından istifadə etmişdirlər. Dəfələrlə avtomobil sahibi X.İsmayılovu nizamintizama dəvət etsələr də, o, nalayiq söyüşlərə davam etmiş və polisin qanuni tələbinə əməl etməyərək öz hərəkətlərini davam etmişdir. Həmin vaxt R.Ağayev RPŞ-yə verildiyi üçün onun avtomobilini idarə edən etibarnaməsi olmadığına görə avtomobili ona təhvil verilmədiyi üçün duracağa yerləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindilimiş X15 şahid X8 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş sanksiya məhkəmə səlahiyyətindədir. xx.xx.2024-cü il tarixli, MN 1954077/623 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Ələt-Astara yolunun 38-ci km-də uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X7, həqiqətən də, xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Ələt-Astara yolunun 38-ci km-də uca səslə nalayiq ifadələr işlətmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə təqsirli bilinməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə X2 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh X2 islah olunması üçün daha effektli olar. Məhkəmə X4 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar