Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-1092/2024 25.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X7 etibarnamə üzrə nümayəndəsi vəkil X6 iştirakları ilə, DƏMX-nin X2 nümayəndəsi X1, DƏMX-nin X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X14 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: DƏMX-nin X5 tərəfindən X14 barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 Rayon Məhkəməsinə şikayət verərək xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, Salyan rayonu “Muğan“ şadlıq sarayında ********** saylı VÖEN-lə fəaliyyət göstərir. DƏMX-nin X2 əməkdaşları tərəfindən xx.xx.2024 il tarixli MN № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən inzibati xəta törətməsi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixli MN ******* saylı Qərarla 1500 (bir min beş yüz) manat miqdarında cərimə olunmuşdur. Onun inzibati xəta ilə bağlı heç bir inzibati məsuliyyəti olmamış və bildirmiş ki, xx.xx.2024-cü il tarixli MN ******* saylı Qərarı təmamilə əsassızdır. Qərarın əsassızlığını aşağıdakı əsaslarla sübut edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:00-da X13 Xidmətinin X5nə dəvət olunmağı haqqında məktub ona xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Bu səbəbdən həmin tarixə çağırışa gələ bilməmişdir. xx.xx.2024-cü il tarixdə iştirak etmədiyi halda İnzibati xəta protokolu tərtib olunmuşdur. Məktubun alındığı gün sonra inzibati xəta aradan götürülmüşdür. İstehsalatda bədbəxt hadisələrə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına görə 11 nəfər işçilərin sığortası təmin olunmuşdur. Protokolu tərtib etmiş orqan onun izahatını almamış, araşdırma ilə bağlı ona məlumat verməmiş, protokolun surəti ona təqdim olunmamışdır. Onun araşdırmadan məlumatı olmamışdır. Odur ki, DƏMX-nin X5 tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, eyni zamanda buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Odur ki, DƏMX-nin X5 tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, eyni zamanda buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DƏMX-nin X2 nümayəndəsi X4 izahatında bildirmişdir ki, araşdırma ilə bağlı X8 məlumat verilmiş, bu barədə xəbərnaməli poçt və “azərpoçt” rəsmi səhifəsi üzrə poçt göndərişlərinin izlənməsi məlumatı iş materiallarına əlavə edilmişdir. Odur ki, şikayətin və vəsatətin əsassız hesab olunaraq rədd edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 etibarnamə üzrə nümayəndəsi vəkil X11 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, DƏMX-nin X5 tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, eyni zamanda buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatətin və şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, X7 DƏMX-nin X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, qanunverici İXM-nin 130.2-cii maddəsində səlahiyyətli orqanın və ya məhkəmələrin inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətini qərarı qəbul etmiş hər bir subyektin özünə aid etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə DƏMX-nin X2 inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətinin bərpası məsələsi də həmin səlahiyyətli orqanın özü tərəfindən həll edilməli idi. Beləliklə, hesab edirəm ki, X7 DƏMX-nin X2 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə Fuad Rzayevə izah etməyi zəruri hesab edir ki, DƏMXnin X2 inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vemə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X7 DƏMX-nin X2 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti geri qaytarılsın. X8 DƏMX-nin X2 inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vemə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət etmək hüququnun olması izah olunsun. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1092/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-1092/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver