Məhkəmə qərarları › İş №3(057)-1095/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1095/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1095/2024 15.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Tələbkar Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1991-ci il tarixdə Neftçala rayonu, İİ-Qaralı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Neftçala rayonu, Yuxarı Qaramanlı Ə/D, İkinci Qaralı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 15 noyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsinə əsasən tərtib olunmuş 15 noyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 15 noyabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs 850 manat aliment borcunu Zərərçəkmiş şəxs1 ödəməmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024 və xx.xx.2020-ci il tarixli icra vərəqələrini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, icra sənədləri barədə xəbərdardır. İşsiz olduğu üçün icra sənədi üzrə borclarını tam qaydada ödəyə bilməmişdir. Hazırda yeni iş tapmışdir. Aliment borcundan 500 manat ödəmiş və qalan 350 manat aliment borcunu isə xx.xx.2024-cü il tarixdə ödəyəcəkdir. Bu barədə tələbkar Zərərçəkmiş şəxs1 ilə razılığa gəlmişlər. Zərərçəkmiş şəxs2 MMC-yə olan borcundan isə 100 manat ödəmiş və qalan borcu isə xx.xx.2025-ci il tarixdə ödəyəcəyinə söz verir. Məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq həbs ediləcəyi halda yeni düzəldiyi işini itirə bilər. Buda gələcəkdə alimentin və digər borclarının ödənilməsində ona problem yarada biləcəyini qeyd edərək, bir daha məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, borclu Şəxs hazırda aliment borcundan 500 manat ödəmiş və qalan 350 manat aliment borcunu isə xx.xx.2024-cü il tarixdə ödəyəcəkdir. Bu barədə razılığa gəlmişlər və şikayətçi deyil. Göstərilənləri nəzədə alaraq Şəxs həbs olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(057)- 1461/2019 saylı icra vərəqəsinə əsasən, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs1 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş tərtib edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-1585/2020 saylı icra vərəqəsinə əsasən, Şəxs vurulmuş ziyana görə 1203 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs2 MMC-nin hesabına ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş tərtib edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(057)- 416/2024 saylı icra vərəqəsinə əsasən, Şəxs ECK5775078 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 342 manat əsas, 102 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 474 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş tərtib edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, icra sənədləri barədə xəbərdardır. Aliment borcundan 500 manat ödəmiş və qalan 350 manat aliment borcunu isə xx.xx.2024-cü il tarixdə ödəyəcəkdir. Zərərçəkmiş şəxs2 MMC-yə olan borcundan 100 manat ödəyir və qalan borcu isə xx.xx.2025-ci il tarixdə ödəyəcəkdir. 474 manat borcunu ödəməkdən imtina etmir, hissə-hissə ödəyəcəyinə söz verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə borclunun icra sənədləri üzrə borcundan qismən ödəməsini qalan borcunu ödəməyə söz verməsi və alinent ilə bağlı tələbkarın şikayətçi olmaması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati cərimə tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, borclu barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərini tam qaydada icra etmədiyini, borclarından qismən ödədiyini və qalan borcunu hissə-hissə ödəyəcəyinə söz verməsini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar